Qubada yeniyetmələr qəsdən torpaq sahələrini yandırıb
00:46 23.09.2020
Hadisə
1052
Onlar bəzən düzgün olmayan ailə rejimində böyüdükləri üçün çox aqressiv və problemli olurlar
Qubada qəsdən torpaq ərazilərini yandıran yeniyetmələr saxlanılıb. Cari il sentyabrın 19-da və 20-də Quba rayonunun Dəlləkli kəndi ərazisində kəndin 4 sakininə məxsus təsərrüfatlarda ot tayalarında yanğın hadisələri baş verib, yanğınsöndürmə briqadaları və polis əməkdaşları tərəfindən yanğınların qarşısı alınıb. Yanğınların qəsdən törədilməsi şübhə doğurduğundan dərhal müvafiq araşdırmalara başlanılıb.
Quba Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri təxirəsalınmaz tədbirlərlə yanğınların kənd sakini olan 3 yeniyetmə tərəfindən törədilməsi müəyyən edilib. Polis əməkdaşları tərəfindən aparılan söhbətlər zamanı onlar törətdikləri əməlləri səmimi etiraf edib, peşman olduqlarını bildiriblər. Qeyd edək ki, yeniyetmələr kənd sakinləri arasında şübhə doğurmamaq üçün yanğınları törətdikdən sonra onun söndürülməsində fəallıq göstəriblər. Faktlarla bağlı Quba RPŞ-nin Təhqiqat bölməsində araşdırmalar aparılır.
Yeniyetmələrimizin qeyri-etik hərəkətlərinə münasibət bildirən psixoloq Zeynəb Eyyubova "Şərq"ə açıqlamasında bildirib ki, belə davranışların bir çox səbəbi var. Psixoloq əlavə edib ki, yeniyetməlik dövrü uşaqlıqdan yetkinliyə doğru bir keçid dövrü olaraq qəbul edilir:
"İnsanlar inkişafın heç bir dövründə bu qədər sıx qarışıqlıq və problemlərlə qarşılaşmır. Bu səbəbdən yeniyetməlik dövrünü bir xaos - üsyan dövrü olaraq da adlandıra bilərik. Həmin dövrdə onlar bəzən diqqət çəkmək üçün belə yollara əl atırlar. Çox zaman onlar düzgün olmayan ailə rejimində böyüdükləri üçün çox aqressiv və problemli olurlar. Hətta onlarda baxımsızlıq və davranış pozuntuları formalaşır. Bəzən qruplaşmalarda olan uşaqlar sırf adrenalin yaşamaq üçün belə qanunsuz əməllər törədirlər. Yəni hər bir hadisəyə individual yanaşmaq lazımdır".
Aynurə Pənahqızı
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
13:57 30.10.2026
Sosial
Rusiya ilə Avropa arasında müharibə qapıdadır - ŞƏRH
13:51 30.10.2026
Gündəm
Qətərli vasitəçilər danışıqlar aparmaq üçün İrana gedib
13:41 30.10.2026
Gündəm
Azərbaycan-Gürcüstan sənədləri imzalanıb - FOTO
12:58 30.10.2026
Gündəm
FIFA Bakıda keçirilən U-15 Dünya Çempionatı ilə bağlı paylaşım etdi
12:11 30.10.2026
İdman
Oyuncaq avtomobilini götürmək istəyən 7 yaşlı uşaq həyatını itirdi
11:58 30.10.2026
Hadisə
Küləkli hava şəraitində bu işçilərə fasilə veriləcək
11:21 30.10.2026
Hadisə
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu
11:07 30.10.2026
Hadisə
Milli Məclis bu gün 11 məsələyə baxacaq
11:05 30.10.2026
Gündəm
Lavrov ABŞ-a gedib
11:02 30.10.2026
Dünya
Peskov: Putin Makron və Mertslə danışıqlara hazırdır
10:56 30.10.2026
Dünya
Peskov: Zelenski Putinə hələ zəng etməyib
10:45 30.10.2026
Dünya
Deputat Səyyad Aran Ombudsmanı təriflədi
10:42 30.10.2026
Cəmiyyət