Şamaxıda sürüşmə zonaları aktivləşib
16:42 26.11.2024
Hadisə
431
Son günlər yağan yağışlar səbəbindən Şamaxıda sürüşmə zonaları aktivləşib.
"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, uzunluğu 16 kilometr olan Çuxuryurd-Sis-Qaleybuğurd-Keçməddin-Qaladərəsi avtomobil yolunda çökmə baş verib.
Yolun bir neçə hissəsi dağılıb, asfalt örtüyündə çökmələr və yolun ortasında iri çatlar əmələ gəlib. Dörd kəndi birləşdirən, turizm əhəmiyyətli bu yolda üçüncü dəfədir ki, torpaq sürüşməsi baş verir.
Yolun bəzi hissələrində hərəkət zolağı dərəyə doğru sürüşərək dağılıb, yolda 4-5 metr uzunluğunda iri və xırda çatlar əmələ gəlib. Yolun digər tərəfində isə asfalt örtüyü dağılaraq, iri qabarmalar yaranıb.
Sis kəndinə gedən avtomobil yolu da sürüşməyə məruz qalıb. Yolun bir hissəsinin uçması səbəbindən kəndə gediş-gəliş çətinləşib.
19 saylı xüsusi təyinatlı yol istismar MMC-nin baş mühəndisi Kənan Babaşovun sözlərinə görə, hava şəraiti sabitləşəndən sonra ziyan dəymiş ərazilərdə təmir-bərpa işləri görüləcək.
Qeyd edək ki, sürüşmə baş verən ərazi rayon mərkəzindən 22 km aralı məsafədə yerləşir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski: “Şimal axını”nı Ukrayna partlatmayıb
22:02 23.08.2026
Aktual
Cəlilabadda tapılmış daş kürənin analiz nəticələri məlum oldu
21:21 23.08.2026
Tarix
“Mançester Siti”dən 18 ildən sonra ilk...
20:27 23.08.2026
Futbol
ABŞ-ın sanksiyaları təkrarlanan film kimidir - Arakçı
18:39 23.08.2026
Region
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi