Samuxda 73 yaşlı qadın sirkə turşusundan zəhərləndi

Samuxda yaşlı qadın sirkə turşusundan zəhərlənib.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, zərərçəkən İstixana qəsəbəsinin sakini 1952-ci il təvəllüdlü Pəri Həmzəyeva sirkə turşusundan zəhərlənib.

73 yaşlı qadın ilk olaraq Samux rayon Mərkəzi Xəstəxanasına, oradan isə Gəncə şəhərində yerləşən tibb müəssisəsinə yerləşdirilib.

Ona ilkin tibbi yardım göstərilib. Vəziyyəti kafidir.