Samvel Şahramanyan növbəti dəfə dindirildi

Ləğv edilmiş separatçı rejimin sonuncu lideri Samvel Şahramanyan bu səhər Ermənistan İstintaq Komitəsi tərəfindən yenidən dindirilib.

Teleqraf xəbər verir ki, bu barədə onun vəkili Roman Yeritsyan bildirib.

Ermənistan KİV-in məlumatına görə, Şahramanyan şahid qismində dindirilib, hüquq-mühafizə orqanları təfərrüatları açıqlamır.

Samvel Şahramanyının son həftələrdə 44 günlük müharibə ilə əlaqədar üç ayrı cinayət işi üzrə 5 dəfə dindirildiyi qeyd olunub.