Səfərbərlik Xidmətinin idarə rəisi və digər vəzifəli şəxslər rüşvət almaqda ittiham olunur
Yusif Nəzərli
07:07 05.03.2025
Hadisə
438
Vətəndaşdan rüşvət alan vəzifəli şəxslərin qanunsuz əməlləri aşkarlanıb.
Sherg.az xəbər verir ki, bu barədə Baş Prokurorluq və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin birgə məlumatında deyilir.
Qeyd olunub ki, hərbi xidmətə çağırış sahəsində verilən qanun pozuntularına qarşı Baş Prokurorluq tərəfindən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə kompleks tədbirlər davam etdirilir.
Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər rayon idarəsinin rəisi Şükürov Ramin Aydın oğlu, həmin idarənin Çağırış şöbəsinin baş zabiti Əzimov Xalid Valik oğlu və zabiti Nəbiyev Emil Ramiz oğlunun qanunsuz əməlləri barədə həmin xidmətdən daxil olmuş məlumat əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.
Əməliyyat-istintaq tədbirləri ilə Ramin Şükürovun qeyd olunan vəzifədə işləyərkən 2025-ci ilin yanvar-fevral aylarında Xalid Əzimov və Emil Nəbiyev ilə qabaqcadan əlbir olub hərbi qeydiyyata alınma prosesinin sürətləndirilməsi məqsədilə ona müraciət etmiş vətəndaşa “hərbi bilet əvəzi arayış” verilməsi müqabilində sonuncudan qanunsuz olaraq 8 min manat məbləğində pul vəsaitini tələb etməklə həmin məbləğin 2 min manat hissəsini rüşvət qismində almalarına əsaslı şübhələr müəyyən edilib.
İş üzrə toplanmış ilkin sübutlar əsasında Şükürov Ramin Aydın oğlu və Nəbiyev Emil Ramiz oğluna Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 311.3.1 və 311.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda rüşvət alma), Əzimov Xalid Valik oğluna isə həmin Məcəllənin 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma) maddələri ilə ittiham elan edilib.
İstintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə Ramin Şükürov barəsində ev dustaqlığı, Emil Nəbiyev və Xalid Əzimov barələrində isə ev dustaqlığı (əsas) və vəzifədən kənarlaşdırma (əlavə) növündə qətimkan tədbirləri seçilib.
Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.
Müddətli həqiqi hərbi xidmətə çağırış sahəsində vəzifəli və digər şəxslər tərəfindən yol verilən qanunsuzluqların qarşısının alınması, o cümlədən korrupsiyaya qarşı mübarizə və şəffaflığın artırılması istiqamətində kompleks mübarizə tədbirləri bundan sonra da davam etdiriləcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya Türkiyəyə təşəkkür etdi
16:35 16.07.2026
Dünya
Şəmkirdə yeniyetmə qıcolmadan ölüb
16:05 16.07.2026
Hadisə
İran Küveytə dron hücumu edib
15:52 16.07.2026
Gündəm
Aya aparılan SSRİ bayrağı 80 min dollara satıldı
15:44 16.07.2026
Futbol
Futbolçu qorxur, mundialdan ölkəsinə qayıda bilmir
15:30 16.07.2026
Futbol
Ukrayna Rusiyanın “kölgə donanması”na aid daha 11 gəmini vurub
15:15 16.07.2026
Dünya
Politoloq: "3+3" formatı artıq Minsk Qrupuna çevrilməkdədir
14:59 16.07.2026
Region
Böyük Britaniyada "TikTok"a qarşı rəsmi istintaq başlanıldı
14:54 16.07.2026
Dünya
Yaponiyada ikinci paytaxt yaradılır
14:47 16.07.2026
Dünya
Əliabbas Müznibin “Dirilik” məfkurəsi
14:25 16.07.2026
Tarix
Bakıda güclü külək nə vaxta qədər əsəcək?
14:05 16.07.2026
Ekologiya
Türkiyə S-400 məsələsi ilə bağlı işlərin davam etdiyini açıqladı
13:56 16.07.2026
Region
SEPAH hədələdi: Bölgədə hər şeyi məhv edəcəyik!
13:40 16.07.2026
Region
Ukraynanın yeni Baş naziri təyin edilib
13:28 16.07.2026
Dünya
Əli Əsədov Fələstinin Baş naziri ilə görüşüb
13:22 16.07.2026
Siyasət
Rusiya Ukraynaya kütləvi zərbələr endirib
13:16 16.07.2026
Gündəm