Səhvən deportasiya edilmiş salvadorlu ABŞ-a qaytarılıb

ABŞ-dan səhvən deportasiya edilmiş salvadorlu Kilmar Abreqo Qarsia ABŞ-a geri qaytarılıb.

AZƏRTAC-ın məlumatına görə, ona ölkədə sənədsiz miqrantları ABŞ daxilində daşıdığı iddiası ilə cinayət işi açılacaq.

O martın 15-də səhvən Merilənd ştatından ölkəsinə deportasiya edilib. ABŞ hökuməti bunu administrativ səhv adlandırıb.