Polşa sərhədçiləri Belarus üzərindən Avropaya qeyri-qanuni miqrasiya və “hibrit müharibə” strategiyasının bir hissəsi olaraq istifadə edilən dörd yeraltı tuneli tapıb.
Sherg.az xəbər verir ki, ən böyük tunel Narevka kəndi yaxınlığında aşkarlanıb: təxminən 1,5 metr hündürlüyündə, Belarus tərəfdə meşəlikdə girişə malik olub, Polşa tərəfdə isə 10 metr uzanır. Tuneldən əsasən Əfqanıstan və Pakistan vətəndaşları istifadə edib. Polşa tərəfdə 130 nəfər saxlanılıb.
Polşa tərəfi Belarusu uzun müddətdir miqrasiya vasitəsilə siyasi təzyiq göstərməkdə və Rusiyanın Qərbi qeyri-sabitləşdirmə strategiyasına dəstək verməkdə ittiham edir. Tespit olunan tunellər məhv edilib, sərhəddə təhlükəsizlik tədbirləri gücləndirilib.