Sevgilisinin intim görüntülərini yayan oğlana cəza verildi
Yusif Nəzərli
16:41 30.01.2025
Hadisə
345
Azərbaycanda sevgi münasibətində olduğu qızın yarıçılpaq görüntülərini İnstagram sosial şəbəkəsində yaymış şəxs cinayət məsuliyyətinə cəlb edilib.
Teleqraf.com-un əldə etdiyi məlumata görə, Şamaxı rayon sakini olan 2002-ci il təvəllüdlü A.İbrahimov Cinayət Məcəlləsinin 148-1 və 156-cı (Təhqir və şəxsi həyatın toxunulmazlığını pozma) maddələri ilə mühakimə edilib.
Araşdırmalarla müəyyən edilib ki, A.İbrahimov bir müddət əvvəl sosial şəbəkədə Sumqayıt şəhər sakini olan Aytən (şərti adlı) adlı qızla tanış olub. Onlar bir neçə dəfə Sumqayıtdakı parkda görüşüblər və aralarında sevgi münasibəti yaranıb. Həmin müddət ərzində görüntülü zəng vasitəsilə danışarkən A.İbrahimov Aytəndən soyunmasını xahiş edib və bu zaman onun görüntülərini telefonunun yaddaşına köçürüb.
Bir neçə ay əvvəl isə onların münasibəti pozulub. A.İbrahimov Aytənin adına sosial şəbəkədə səhifə yaradaraq onu rüsvay etmək məqsədilə çəkdiyi görüntüləri orada yerləşdirib.
Aytən hadisədən xəbər tutduqdan sonra hüquq-mühafizə orqanlarına müraciət edib.
Şamaxı rayon Məhkəməsində keçirilən prosesdə A.İbrahimov törətdiyi əmələ görə peşman olduğunu və üzr istədiyini deyib.
Məhkəmənin 22 yanvar tarixli hökmü ilə gənc oğlan 2 min manat cərimə cəzasına məhkum edilib. Onun barəsindəki polisin nəzarəti altına vermə qətimkan tədbiri qüvvədə saxlanılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski: “Şimal axını”nı Ukrayna partlatmayıb
22:02 23.08.2026
Aktual
Cəlilabadda tapılmış daş kürənin analiz nəticələri məlum oldu
21:21 23.08.2026
Tarix
“Mançester Siti”dən 18 ildən sonra ilk...
20:27 23.08.2026
Futbol
ABŞ-ın sanksiyaları təkrarlanan film kimidir - Arakçı
18:39 23.08.2026
Region
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi