SOS! - Telefon və yüksək sürət sürücüləri ölümə aparır – AKTUAL PROBLEM
Şəymən Bayramova
14:05 15.02.2020
Hadisə
784
Bakıda baş vermiş qəza anı kameraya düşüb. Gecə saatlarında əks istiqamətdə yüksək sürətlə hərəkətdə olan "Toyota Prado" markalı avtomobilin sürücüsünün başı mobil telefona qarışdığı üçün qarşıdan gələn avtobusu görməyib, nəticədə dəhşətli qəza baş verib. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, son vaxtlar qəzaların 70 faizi sürücü diqqətsizliyindən baş verib:
"Sürücülərə tövsiyə edirik ki, sükan arxasında maksimum dərəcədə diqqətli olsunlar. Mobil telefondan istifadə etməsinlər. Eyni zamanda, sərnişinlər də müxtəlif vasitələrlə sürücünün diqqətini yayındırmasınlar. Bütün bunlar ilk növbədə sürücülərin və sərnişinlərin həyatı üçün təhlükəlidir".
Azərbaycan Texniki Universitetinin Avtomobil daşımaları və yol hərəkətinin təşkili kafedrasının dosenti, nəqliyyat eksperti Fərhad Eyyubov isə "Şərq"ə açıqlamasında deyib ki, təhlükəsizlik məsələləri həddindən artıq çətin məsələdir. 2019-2023-cü illər üçün Dövlət proqramı nəzərdə tutulub:
"Yol hərəkətinin təhlükəsizliyi səviyyəsinin artırılması vasitəsilə yol-nəqliyyat hadisələrinin sayının və bu hadisələr nəticəsində ölkəyə dəyən sosial-iqtisadi zərərin azaldılması istiqamətində tədbirləri özündə ehtiva edir. Həmin o proqramda “insan - nəqliyyat vasitəsi- yol" üzlüyü geniş miqyasda öz əksini tapıb. Yol hərəkəti təhlükəsizliyinin səviyyəsi “insan - nəqliyyat vasitəsi - yol” sisteminin optimallığından asılıdır. Azərbaycanda baş vermiş yol-nəqliyyat hadisələrinin böyük hissəsi yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını sürücülərin pozması ilə bağlıdır. Bu hal sürücü hazırlığı prosesinin təkmilləşdirilməsini zəruri edir. İnsan üçün ölümdən böyük faciə yoxdur. Yol hərəkətinin qaydalarını pozan, sürət həddini aşan sürücülər isə yolun ölümə doğru getdiyini bilir. Buna rəğmən öz bildiyini edirsə, ictimai qınaq, maarifləndirmə yolu ilə onun qarşısını almaq mümkün deyil. Yol təhlükəsizliyi elə bir məsələdir ki, onun qarşısını almaq inandırıcı görünmür. Bütün dünya ölkələri bu problem qarşısında acizdir. Amma yol hərəkəti təhlükəsizliyi iki böyük faktora əsaslanır: obyektiv və subyektiv . Bəzən elə bir situasiya yaranır ki, sürücülərdən asılı olmayan səbəblərdən qəza baş verir. Subyektiv faktor isə birbaşa sürücü amilindən asılıdır. Sürücü məsuliyyətsizliyi, maarifləndirmə tədbirləri və inzibati tənbehlə yanaşı yol infrastrukturunun yaxşılaşdırılması da mühüm şərtdir. Təbii ki, bu yolla ancaq müəyyən qədər azaltmaq olar. Konkret faktorlar bilinmədiyi üçün birmənalı problemi aradan qaldırmaq real görünmür".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: Qalibafın paylaşımından sonra neftin qiyməti artıb
23:45 10.04.2026
Region
Ərdoğan: İsrailin bu siyasəti Hitlerin siyasətindən fərqlənmir
23:07 10.04.2026
Dünya
Ərdoğan ICAPP-ın Qadın Qolunun toplantı iştirakçılarını qəbul edib
22:00 10.04.2026
Region
Tramp: İranlılar bu gün yalnız danışıqlara görə sağdır
21:47 10.04.2026
Gündəm
Orban: Ukrayna NATO-ya üzv ola bilməyəcək
21:34 10.04.2026
Dünya
Vens İranla danışıqlar üçün Pakistana yollanıb
21:23 10.04.2026
Dünya
ABŞ danışıqlar masasında güc kartını oynayır - ŞƏRH
21:15 10.04.2026
Siyasət
Tatlısəsin görüntüləri yayıldı: Ərdoğan ziyarətə adam göndərdi
20:14 10.04.2026
Mədəniyyət
Didye Deşam "Real"ın baş məşqçisi ola bilər
20:00 10.04.2026
Futbol
İsrail Makronu Livanla danışıqlara buraxmaqdan imtina edib
19:50 10.04.2026
Dünya
Tramp “dünyanın ən güclü yenidən qurulması” barədə açıqlama verdi
19:27 10.04.2026
Gündəm
ABŞ-la danışıqlara Pezeşkian özü getdi
19:25 10.04.2026
Dünya
Cənubi Qafqazda sabitlik Azərbaycanın sayəsində qurulur - ŞƏRH
18:45 10.04.2026
Gündəm