
Soydaşlarımız gürcü dilini bilmədiyi üçün təhqir olunur- Zəlimxan Məmmədli
13:14 07.11.2025
Hadisə
376
"Yaxud əsassız bəhanələrlə azərbaycanlı gənclərə qarşı zorakılıq edilir. Bu neqativ halların artması narahatlıq doğurur"
Tbilisidə supermarket əməkdaşı olan iki azərbaycanlı gəncə qarşı qrup halında zorakılıq törətməkdə ittiham olunan daha dörd nəfər saxlanılıb.
Bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən bildirilib. Məlumata əsasən, saxlanılan şəxslərin birindən qanunsuz saxlanıldığı ehtimal edilən 2 avtomat silah və 110 patron maddi sübut kimi müsadirə olunub.

Cinayət əməlini törətmiş daha bir şəxsin yerinin müəyyənləşdirilməsi və saxlanılması istiqamətində müvafiq istintaq tədbirləri davam etdirilir. Qeyd edək ki, hadisə noyabrın 2-də gecə saatlarında baş verib. Soydaşlarımıza qarşı qrup halında zorakılığın təşkili və iştirakında ittiham olunan Manana Giorqobiani ötən gün saxlanılıb. Törədilmiş cinayət əməli 9 ilədək həbs cəzası ilə cəzalandırılır.
Mövzu ilə bağlı “Sherg.az”a danışan "Borçalı" İctimai Birliyinin sabiq sədri, tanınmış ictimai-siyasi xadim Zəlimxan Məmmədli son zamanlar belə epizodik halların tez-tez baş verdiyini bildirib. Onun sözlərinə görə, soydaşlarımızdan biri gürcü dilini bilmədiyi üçün təhqir olunur, başqa bir nəfər etnik kimliyini ifadə etdikdə təhqirə məruz qalır. Yaxud əsassız bəhanələrlə azərbaycanlı gənclərə qarşı zorakılıq edilir. Bu neqativ halların artması narahatlıq doğurur:
“Gürcüstan dövlətinin regionda Azərbaycanın və Türkiyənin mövcudluğundan maraqlı olması lazımdır. Azərbaycan və Türkiyə arasında bağlanan sazişlər eyni zamanda Gürcüstanın da geosiyasi öhdəliklərini formalaşdırır. Buna görə də mən azərbaycanlı gənclərə qarşı bu cür davranışların mərkəzdən idarə olunduğu qənaətində deyiləm. Hazırda Azərbaycan ciddi, həlledici mərhələdədir. Bir tərəfdə Rusiyanın və İranın himayəsində olan, imperialist düşüncələrin təsiri altında qalan mühafizəkar kütlə; digər tərəfdə isə sivil dünyaya inteqrasiya etmək, Azərbaycanın beynəlxalq mövqeyini Rusiyasız və İransız müəyyən etmək xəttini tutan islahatçı qüvvələr dayanır. Bu iki xətt arasında gərginlik və mübarizə mövcuddur. Azərbaycanla Gürcüstan arasındakı strateji tərəfdaşlıq bəzi imperialist düşüncə tərəfdarlarını və onları idarə edən mərkəzləri narahat edir. Qafqazda Rusiyanın mövcudluğu üçün etnik separatizm və dini ayrımçılıq kimi alətlər istifadə olunur; bu vasitələrlə bölgəyə müdaxilə edilərək xalqlar, dinlər və mədəniyyətlər arasında qarşıdurma yaradılır. Mənim fikrimcə, Gürcüstanda azərbaycanlılara qarşı baş verən xoşagəlməz hadisələrin arxasında məhz bu cür təxribatlar dayana bilər”.
Z. Məmmədli hesab edir ki, bu təxribatların qarşısını almaq və vəziyyətin obyektivliyini təmin etmək üçün azərbaycanlılara qarşı törədilən zorakılıq hallarının araşdırılmasına Azərbaycanın hüquq-mühafizə orqanlarının da cəlb edilməsi zəruridir:
“Təqsirləndirilən şəxslərin üzərindən çıxan silahın mənbəyi və onların arxasında duran qüvvələr aşkar edilməlidir. Etnik amillərdən istifadə edərək Azərbaycan və Gürcüstanı toqquşdurmaq istəyən qüvvələrin ifşa edilməsi üçün belə əməkdaşlıq vacibdir. Biz islahatçı xəttə qarşı revanşist cəhdlərin olduğunu görürük. Ramiz Mehdiyevin timsalında Rusiyaya bağlı şəbəkənin həm mərkəzləşdirilməsi, həm də zərərsizləşdirilməsi prosesi gedir. Hər nə qədər müqavimət göstərilməyə çalışılsa da, ümid edirəm ki, islahatçı qüvvə öz məqsədlərinə çatacaq. Ermənistanla Azərbaycan arasında sülh sazişinin bağlanması, kommunikasiya xəttlərinin bərpası və demokratik dünya ilə sağlam əməkdaşlıq Azərbaycanın milli maraqlarına uyğundur və bu xəttin xalqımızın dəstəyini qazanacağına inanıram. Nəticə olaraq, həm Gürcüstanda, həm Azərbaycanda mütərəqqi tərəqqi xətti qalib gələcək, yeni separatizm ocaqlarını yaratmaq planları iflasa uğrayacaq. Bu məqsədə nail olmaq üçün qarşılıqlı etimadın möhkəmləndirilməsi və istintaqın şəffaf aparılması vacibdir”.
Şəymən
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ramazanın 29-cu günü: Dua, imsak və iftar vaxtı...
19:47 18.03.2026
Cəmiyyət
Zaxarova Paşinyanı Aİ ilə bağlı mövqeyinə görə tənqid edib
19:33 18.03.2026
Region
Dünyanın ən böyük qaz yatağına zərbələr qazın qiymətini yüksəltdi
19:13 18.03.2026
Dünya
Prezident Xocavəndin Xanoba kəndində olub - YENİLƏNİB
18:52 18.03.2026
Rəsmi
Vaşinqton “Tramp Marşrutu”nu gündəmdən çıxarır?
18:10 18.03.2026
Cənubi Qafqaz
Mixail Zabelin “Vətənə xidmətə görə” ordeni ilə təltif olundu
17:48 18.03.2026
Gündəm
Qazaxıstanda ailə məsələləri üzrə ombudsman institutu yaradılıb
17:32 18.03.2026
Dünya
Təqaüdçülərin sayı azalır, doğumlar kəskin düşür - AÇIQLAMA
17:20 18.03.2026
Sosial
İranlı qadın futbolçular Avstraliyadan ölkələrinə qayıdıblar
17:07 18.03.2026
Gündəm
Əli Laricani şənbə günü Məşhəddə dəfn ediləcək - YENİLƏNİB
16:44 18.03.2026
Gündəm
Dondurma arabası ilə tarix yazdılar: Avstraliyada “Çanaqqala ruhu”
16:22 18.03.2026
Gündəm
Vüqar Qurbanovdan sonra o da işdən çıxarıldı - FOTO
16:01 18.03.2026
Gündəm
ABŞ Prezidenti Donald Tramp İranı məhv etməklə hədələyib
15:52 18.03.2026
Gündəm