Spirt daha bir can aldı

Bakıda daha bir nəfər metil spirtindən zəhərlənərək ölüb.

Sherg az lent.az-a istinadla xəbər verir ki, hadisə Sabunçu qəsəbəsində baş verib.

Burada evlərdən birində 46 yaşlı S.Lukoninin meyiti tapılıb. İlkin ehtimala görə, onun texniki spirtdən zəhərlənərək öldüyü güman edilir.

Mərhumun meyiti tapılandan 3-4 gün əvvəl öldüyü bildirilir.

Hazırda faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, son günlər Bakıda 20-dən çox adam metil spirtindən zəhərlənərək ölüb.