Sürücü avtobusa maskasız minən sərnişini bıçaqladı - VİDEO
07:35 23.09.2020
Hadisə
1343
Türkiyənin Bursa vilayətində avtobus sürücüsü sərnişini bıçaqlayıb. Ucnoqta.az DHA-ya istinadən xəbər verir ki, hadisə Osmangazi rayonunda qeydə alınıb. İddiaya görə, anası ilə birlikdə dayanacaqda avtobus gözləyən Savaş D., 17-D saylı marşruta maskasız minmək istəyib. Avtobus sürücüsü İzzət Ç. isə, Savaş B.-ni maska taxması üçün ona xəbərdarlıq edib. Ancaq sürücünün xəbərdarlığına əsəbiləşən Savaş B., maska taxmaqdan imtina edib. Bundan sonra tərəflər arasında əvvəlcə mübahisə, daha sonra isə əlbəyaxa dava yaşanıb. Bu əsanda İzzət Ç. üzərində gəzdirdiyi bıçaqla, Savaş B.-ni qoluna və kürəyinə zərbələr endirib. Yaralanan Savaş B. avtobusdan enərək dayanacağa yıxılıb.
Digər sərnişinlərin xəbər verməsi ilə hadisə yerinə polis və təcili tibbi yardım briqadasının əməkdaşları gəlib.
Xəsarət alan Savaş B., təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb. Sürücü İzzət Ç. isə, polis əməkdaşları tərəfindən həbs edilərək bölməyə aparılıb.
Faktla bağlı araşdırmalara başlanılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
13:57 30.10.2026
Sosial
Rusiya ilə Avropa arasında müharibə qapıdadır - ŞƏRH
13:51 30.10.2026
Gündəm
Qətərli vasitəçilər danışıqlar aparmaq üçün İrana gedib
13:41 30.10.2026
Gündəm
Azərbaycan-Gürcüstan sənədləri imzalanıb - FOTO
12:58 30.10.2026
Gündəm
FIFA Bakıda keçirilən U-15 Dünya Çempionatı ilə bağlı paylaşım etdi
12:11 30.10.2026
İdman
Oyuncaq avtomobilini götürmək istəyən 7 yaşlı uşaq həyatını itirdi
11:58 30.10.2026
Hadisə
Küləkli hava şəraitində bu işçilərə fasilə veriləcək
11:21 30.10.2026
Hadisə
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu
11:07 30.10.2026
Hadisə
Milli Məclis bu gün 11 məsələyə baxacaq
11:05 30.10.2026
Gündəm
Lavrov ABŞ-a gedib
11:02 30.10.2026
Dünya
Peskov: Putin Makron və Mertslə danışıqlara hazırdır
10:56 30.10.2026
Dünya
Peskov: Zelenski Putinə hələ zəng etməyib
10:45 30.10.2026
Dünya
Deputat Səyyad Aran Ombudsmanı təriflədi
10:42 30.10.2026
Cəmiyyət