Texniki nasazlıq, pilot səhvi, yaxud terror aktı…
Yusif Nəzərli
21:48 27.12.2024
Hadisə
468
Azərbaycanın müstəqillik tarixində baş verən ən böyük aviasiya qəzası 1995-ci il dekabrın 5-də qeydə alınıb
Azərbaycan Hava Yollarına məxsus J2-8243 reysi ilə uçan "Embraer 190" tipli sərnişin təyyarəsi Qazaxıstanda qəzaya uğrayıb.
38 nəfərin öldüyü, 29 nəfərin yaralandığı bu dəhşətli hadisə Azərbaycana məxsus təyyarənin qəzaya uğraması ilə bağlı ilk fakt deyil. Daha əvvəllər də təyyarə qəzaları olub.
Adətən təyyarə qəzalarının səbəbi texniki nasazlıq, pilot səhvi, yaxud terror aktı hesab olunur. Azərbaycanın aviasiya tarixi də keçmiş SSRİ zamanında və müstəqillik dövründə belə qəzalardan və səhvlərdən yan keçməyib.
1966-cı il 23 aprel tarixində Binə Hava Limanından (indiki Heydər Əliyev adına Beynəlxalq Hava Limanı) havaya qalxan İl-14P orta tutumlu sərnişin təyyarəsi Mahaçqalaya uçarkən qəzaya uğrayıb. Təyyarə ilə əlaqə uçuşdan 12 dəqiqə sonra Xəzər dənizi üzərində kəsilib. Aparılan axtarış-xilasetmə işləri heç bir nəticə verməyib. Göyərtəsində 5 heyət üzvü və 28 sərnişin olan İl-14P təyyarəsi tapılmayıb. Onun 23 aprel günü Xəzər dənizində müşahidə olunan çətin hava şəraitində qəzaya uğraması ehtimal olunur.
1973-cü ilin 18 avqust tarixində isə Bakı-Aktau-Bakı reysi ilə uçan AN-24B tipli sərnişin təyyarəsi Binə Hava Limanından havaya qalxdıqdan bir neçə dəqiqə sonra qəzaya uğrayıb. Təyyarənin göyərtəsində 60 sərnişin və 4 heyət üzvü olub. Qəzadan sağ qurtulan olmayıb.
1988-ci ilin 12 dekabrında Ermənistanın Spitak şəhərində baş vermiş zəlzələdə zərərçəkmiş ermənilərə yardım göstərmək məqsədilə Azərbaycandan göndərilmiş İl-76 təyyarəsi Ermənistanın Spitak rayonunun Quqark şəhərinin yaxınlığında raketlə vurulub. Nəticədə təyyarədə olan 77 azərbaycanlıdan cəmi 1 nəfər - Babayev Fəxrəddin təsadüf nəticəsində sağ qalıb. 68 nəfər sərnişin və 9 nəfər ekipaj üzvü bu terror aktının qurbanı olub. Qəzanın səbəbləri öyrənilmədən, heç bir ekspertiza aparılmadan təyyarənin “qara qutusu” məhv edilib. Bu terror aktı cəmiyyətə qəza kimi sırınıb.
Hadisə nəticəsində sağ qalmış yeganə azərbaycanlı Babayev Fəxrəddin 2010-cu ildə vəfat edib. Azərbaycan Prezienti Heydər Əliyevin 1994-cü ildə imzaladığı sərəncamla ermənilərə yardıma gedən təyyarədə həlak olmuş 77 nəfərə şəhid statusu verilib.
Azərbaycanın müstəqillik tarixində baş verən ən böyük aviasiya qəzası 1995-ci il dekabrın 5-də qeydə alınıb.
Həmin gün Naxçıvan-Bakı reysi ilə hərəkət edən "Tu-134" sərnişin təyyarəsi Naxçıvan aeroportundan havaya qalxdıqdan bir neçə dəqiqə sonra açıq sahəyə düşərək tamamilə yanıb. Qəzada 4 heyət üzvü və 48 sərnişin həlak olub.
Sonradan Rusiya və Azərbaycan ekspertlərindən ibarət beynəlxalq komissiya qəzanın TU-134-ün mühərriklərindən birinin nasaz olması və pilotların qəza enişi zamanı səhvə yol verməsi qənaətinə gəliblər.
Həmin hadisədən 10 il sonra, 2005-ci ilin 23 dekabrında AZAL-a məxsus “An 140-100” təyyarəsi Heydər Əliyev adına Hava Limanından havaya qalxdıqdan bir neçə dəqiqə sonra qəzaya uğrayıb. Sonradan müəyyən olunub ki, təyyarənin sağ mühərrikində nasazlıq baş verib. Nardaran qəsəbəsi yaxınlığında Xəzər dənizinə düşən “An 140-100” təyyarəsindəki 4 heyət üzvü və 19 sərnişin hadisə nəticəsində həlak olub.
Dekabrda baş verən üçüncü təyyarə qəzası isə 19 il sonra - ötən gün qeydə alınıb.
Qazaxıstan Nəqliyyat Nazirliyinin məlumatına görə, Aktauda qəzaya uğrayan təyyarənin göyərtəsində 42 Azərbaycan, 16 Rusiya, 6 Qazaxıstan və 3 Qırğızıstan vətəndaşı olub.
Hadisə nəticəsində ümumilikdə 38 nəfər ölüb, 29 nəfər sağ qalıb. Sağ qalanlardan 14-ü Azərbaycan, 3-ü Qırğızıstan, 8-i Rusiya, 1-i Çeçenistan vətəndaşıdır. 3 nəfərin isə hansı ölkənin vətəndaşı olması barədə dəqiq məlumat yoxdur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Neftçi" - "Sabah" matçında qalib müəyyənləşmədi
22:36 09.10.2026
Futbol
Rusiyada qadın hərbçilər üçün hərbi xidmətdə yaş həddi artırılır
22:20 09.10.2026
Region
İran ABŞ və İsrailin zərbələrinə güclü cavab verəcəyini açıqladı
22:05 09.10.2026
Dünya
Kilosu 800 minə satılır: İlk gündə 15 zəfəran çiçəyi açdı
21:28 09.10.2026
Maraqlı
Gəncədə 28 yaşlı şəxs bıçaqlandı
21:11 09.10.2026
Hadisə
Tovuzda yaşayış binasında yanğın olub, tüstüdən zəhərlənən var
21:00 09.10.2026
Hadisə
İran MDB-yə yaxınlaşır, Moskvanın mövqeyi həlledici olacaq - ŞƏRH
20:50 09.10.2026
Gündəm
Masazırda “Mercedes Vito” yanıb
20:23 09.10.2026
Hadisə
Naxçıvanda suyun verilişində fasilə yaranacaq
20:15 09.10.2026
Cəmiyyət
Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı
19:50 09.10.2026
Hadisə
Montella Türkiyə millisindən göndərilib
19:42 09.10.2026
Futbol
Çin ABŞ-ni hədələdi
19:26 09.10.2026
Dünya
Rubio müttəfiqləri BCM-ə qarşı ABŞ-ın yanında olmağa çağırıb
19:12 09.10.2026
Dünya
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiyalar tətbiq edir
18:53 09.10.2026
Dünya