
Təzyiqlərin heç bir nəticəsi olmayacaq -ŞƏRH
Yusif Nəzərli
03:52 28.12.2024
Hadisə
579
Zori Balayan, Serj Sərkisyan, Robert Köçəryan, Vitali Balasanyan da Azərbaycana təhvil verilməlidir
Ermənistanın havadarları separatçıların azad olunması üçün geniş kampaniyaya başlayıblar. Bütün dəlillər isə sübut edir ki, bu insanlar cəzasız qalmamalıdır. Ona görə ki, həmin şəxslər mülki insanlara qarşı vəhşiliklər hazırlayıb onu icra etmiş şəxslərdir. Bu şəxslər beynəlxalq səviyyədə terror törədiblər. Belə olduğu halda fundamental hüquqlardan bəhs edən dövlətlər necə olur ki, separatizmi və separatçıları himayə edirlər?
Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova "Sherg.az"a vurğulayıb ki, İkinci Dünya müharibəsindən sonra Nürnberqdə mühakimə prosesləri baş tutdu, eynilə həmin proses separatçılarla bağlı da icra olunmalıdır. Ekspertin sözlərinə görə, İkinci Nürnberq beynəlxalq məhkəmə prosesi bütün dünyanın gözü qarşısında baş tutmalıdır:

"Bu canilər ədalət müstəvisində layiqli cəzalarını almalıdırlar. COP29 zamanı Ruben Vardanyanın oğlu David Vardanyan zəngin iş adamlarını da ətrafına toplayaraq Azərbaycana qarşı çirkin kampaniya başlatdı, bu istiqamətdə maliyyə resurslarını və şəxsi əlaqələrini də dövriyyəyə buraxdı. Hibrid hücumlar vasitəsilə Azərbaycanın nüfuzuna xələl gətirməyə çalışan bu şəxsləri Qərb dövlətləri açıq-aşkar şəkildə himayə etdi. Buna görə idi ki, bizə qarşı hibrid hücumların maksimal formada şahidi olduq. Eyni zamanda, həmin şəxslər özlərinə yaxın olan özəl şirkətlərdən, media qurumlarından istifadə edərək saxta siyahılar, petisiyalar tərtib etməklə guya Azərbaycana qarşı olan aktorların sayını süni formada çox göstərir, qlobal arenada dəstək əldə etməyə çalışırdılar.
Cənab Prezident İlham Əliyev ölkəmizə 150 milyard dollardan çox zərər vurulduğu faktını bir daha səsləndirdi. Bu proseslərin başında dayananlar, yəni Zori Balayan, Serj Sərkisyan, Robert Köçəryan, Vitali Balasanyan da Azərbaycana təhvil verilməlidir. Separatçılarla bağlı Azərbaycana edilən təzyiqlərin heç bir nəticəsi olmayacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Neftçi" - "Sabah" matçında qalib müəyyənləşmədi
22:36 09.10.2026
Futbol
Rusiyada qadın hərbçilər üçün hərbi xidmətdə yaş həddi artırılır
22:20 09.10.2026
Region
İran ABŞ və İsrailin zərbələrinə güclü cavab verəcəyini açıqladı
22:05 09.10.2026
Dünya
Kilosu 800 minə satılır: İlk gündə 15 zəfəran çiçəyi açdı
21:28 09.10.2026
Maraqlı
Gəncədə 28 yaşlı şəxs bıçaqlandı
21:11 09.10.2026
Hadisə
Tovuzda yaşayış binasında yanğın olub, tüstüdən zəhərlənən var
21:00 09.10.2026
Hadisə
İran MDB-yə yaxınlaşır, Moskvanın mövqeyi həlledici olacaq - ŞƏRH
20:50 09.10.2026
Gündəm
Masazırda “Mercedes Vito” yanıb
20:23 09.10.2026
Hadisə
Naxçıvanda suyun verilişində fasilə yaranacaq
20:15 09.10.2026
Cəmiyyət
Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı
19:50 09.10.2026
Hadisə
Montella Türkiyə millisindən göndərilib
19:42 09.10.2026
Futbol
Çin ABŞ-ni hədələdi
19:26 09.10.2026
Dünya
Rubio müttəfiqləri BCM-ə qarşı ABŞ-ın yanında olmağa çağırıb
19:12 09.10.2026
Dünya
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiyalar tətbiq edir
18:53 09.10.2026
Dünya