Türkiyədə avtobus aşdı: hərbçilər yaralandı

Türkiyədə hərbçiləri daşıyan avtobus aşıb.

Publika.az yerli mətbuata istinadən xəbər verir ki, hadisə Hakkari şəhərində baş verib.

Hadisə nəticəsində 12 hərbçi yaralanıb. Onların vəziyyətinin qənaətbəxş olduğu bildirilib.