Xanım sədr kişiləri müdafiəyə qalxdı: “Qadınlarımız da dinc dayanmırlar”- Namus cinayəti...!
Fidan Həmişəyeva
13:14 04.09.2020
Hadisə
1018
“Biz qadınlar həm ana, həm bacı, həm də ailə başçısıyıq. Qadınlar ədəb-ərkanına, geyiminə fikir verməlidirlər”
“Həyat yoldaşlarına cinayət etməsi üçün fürsət yaratmamalıdırlar”
“Kim istəyər ki ailəsi dağılsın? Kişilərin xoşu gəlir ki, cinayət törədib həbsxanaya düşsünlər?!”
Ötənlərdə qadın ölümü ilə nəticələnən 2 dəhşətli qətl hadisəsi baş verib. Sabirabadın Hacıbəbir kəndində ər-arvadını balta ilə qətlə yetirib. Kənd sakini 46 yaşlı Məmmədov Eyvaz Xeyrulla oğlu qısqanclıq zəminində həyat yoldaşı 41 yaşlı Məmmədova Təranə Həmid qızına baş nahiyəsindən 3 balta zərbəsi vuraraq öldürüb. Hadisənin qısqanclıq zəminində baş verdiyi bildirilir. Polis bölməsinə könüllü təslim olan ər arvadının ona xəyanət etdiyini səbəb kimi göstərib.
Bildirilir ki, xeyli müddət ailə başçısı Türkiyəyə işləməyə, ailəsi üçün pul qazanmağa gedibmiş. Pandemiya səbəbindən geri dönə bilməyən E.Məmmədov nəhayət avqustun 8-də evinə dönə bilib.
Şabranda isə qardaş bacı qatili olub. Hadisə rayonun Ağbaş kəndində qeydə alınıb. 30 yaşlı Elşən Abdulov bacısı, 33 yaşlı Leyla Müseyibovanı ailə münaqişəsi zəminində Samur-Abşeron kanalına itələyib. Qardaşın bacısını öldürməsinin səbəbi L.Müseyibovanın növbəti dəfə küsüb ata evinə gəldiyi deyilir. Qadın 4 uşaq anası olub.
Namus adı altında vəhşilik törədib cinayət işləyənlər özlərini hər nə qədər haqlı hesab etsələr də, bütün bunlar cəmiyyətdə xoşagəlməz tendensiyalardan xəbər verir. Müvafiq qanunlarımızın olmasına baxmayaraq, namus cinayətləri səngimək bilmir. Qadınlar həyat yoldaşı, qardaşı hətta atası tərəfindən amansızlıqla öldürülməyə məhkum olurlar.
“Müasir Azərbaycan Qadını İctimai Birliyi”nin sədri Kəmalə Muradlı “Sherg.az”a söyləyib ki, son illər qadınların öldürülməsi ilə daha çox rastlaşırıq. Onun sözlərinə görə, əvvəlki illərdə ölkəmizdə belə hallar çox baş verməyib:
“Belə halların qarşısını almaq üçün nə qədər qurumlar, təşkilatlar yaradılır, qanunlar qəbul edilir. Amma bütün bunlar kağız üzərində qalır. Bu gün qadınlarımız da dinc dayanmırlar. Biz qadınlar həm ana, həm bacı, həm də ailə başçısıyıq. Bütün qadınlar ədəb-ərkanına, geyiminə fikir verməlidirlər. Həyat yoldaşlarına cinayət etməsi üçün fürsət yaratmamalıdırlar”.
K.Muradlı cəmiyyətimizdəki kişilərin qəddarlıq və vəhşiliyinin artdığını da etiraf edib:
“Rayonlarımızda maarifləndirməyə ehtiyac var. Qeyri Hökumət Təşkilatlarının(QHT) çiyninə çox böyük yük düşür. Qadınları və kişiləri maarifləndirməliyik ki, bu hadisələrə yol verməsinlər. Kim istəyər ki ailəsi dağılsın? Kişilərin xoşu gəlir ki, cinayət törədib həbsxanaya düşsünlər? Adətən narkotik istifadəçisi olan kişilər belə qəddar və vəhşiliyə əl atırlar”.
Birlik sədri vurğulayıb ki, pandemiya dövründə ailələrdə söz-söhbət və boşanmalar çoxalıb:
“İşsizlik baş alıb gedir. Təbii ki, bütün bunlar ailə münaqişəsinə zəmin yaradır. Müvəqqəti çətinlik olduğunu başa düşməliyik. Hər halda bütün dünya əziyyət çəkir. Ümid edirəm pandemiya bitəndən sonra insanlar sakit və mehriban həyata dönərlər. Bəzən düşünürəm ki, QHT-lər az maarifləndirmə işi apardığı üçün belə hallar çox baş verir.
Ailə Qadın və Uşaq üzrə Dövlət Komitəsi bu sahədə çox işlər görür. QHT olaraq komitə ilə əl-ələ verib bütün yükü çiyinlərimizə almalıyıq. Daha çox maarfiləndirməliyik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Yapon yeni dollara qarşı son 40 ildə ən aşağı səviyyəyə enib
22:04 29.06.2026
İqtisadiyyat
“Mançester Siti”nin yeni baş məşqçisi bəlli oldu
21:34 29.06.2026
Futbol
Katz: İsrail sabah İranla müharibəyə başlaya bilər
21:17 29.06.2026
Dünya
Sabah bu ərazilərdə qaz olmayacaq
20:46 29.06.2026
Cəmiyyət
“Maykl” filmi qlobal kassada rekord qırdı
20:24 29.06.2026
Şou
Ermənistanda bəzi qüvvələr Rusiyanı ləkələyir - Qaluzin
20:00 29.06.2026
Region
Nazir: Kibertəhlükəsizlik istiqamətləri 58 təşəbbüsü əhatə edir
19:53 29.06.2026
Siyasət
Nağd pul dövrü bitir: Naxçıvan rəqəmsal nəqliyyata keçir
19:36 29.06.2026
Ölkə
“Fənərbağça” Qrinvud üçün rəsmi təklif göndərdi
19:12 29.06.2026
Futbol
“Mançester Siti”nin yeni baş məşqçisi məlum olub
18:53 29.06.2026
Futbol
AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçirilib
18:37 29.06.2026
Futbol
Yaxın Şərqdə sülh hələ çox uzaqdadır - Politoloq
18:18 29.06.2026
Gündəm