Xocavənddə minaya düşən traktorçunun bir əli amputasiya olunub - YENİLƏNDİ

Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsində mina partlayışı nəticəsində xəsarət alan traktorçu əməliyyat olunub.

Teleqraf-ın Qarabağ bürosu xəbər verir ki, hadisə zamanı xəsarət alan Bərdə rayon sakini, 1984-cü il təvəllüdlü İsmayılov İsgəndər Adil oğlunun sol əli bilək nahiyəsindən amputasiya olunub.

Onun ayağından aldığı xəsarət isə əməliyyat yolu ilə bərpa edilib. Hazırda xəstəxanada müalicəsi davam etdirilir.