Yaponiya 6,2 bal gücündə zəlzələ ilə silkələnib. Yaponiya Meteorologiya Agentliyinin (JMA) verdiyi məlumata görə, episentri Şimane prefekturasının şərqində yerləşən zəlzələ yerli vaxtla saat 10:18-də, 10 kilometr dərinlikdə qeydə alınıb.
Sherg.az xəbər verir ki, təkanlar Şimanelə yanaşı Tottori, Okayama və Hirosima prefekturalarında da güclü şəkildə hiss olunub. Zəlzələdən sonra sunami riskinin yaranmadığı bildirilib.
Zəlzələdən sonra gücü 3,2 ilə 5,4 bal arasında dəyişən çoxsaylı afterşoklar qeydə alınıb.
İlkin məlumatlara görə, insan tələfatı yoxdur. Həmçinin zəlzələdən təsirlənən bölgələrdə yerləşən nüvə elektrik stansiyalarında hər hansı anormallıq aşkar edilmədiyi açıqlanıb.