Yekaterinburqda həbs olunan azərbaycanlılardan birinin işi aşağı instansiya məhkəməsinə qaytarılıb
Yusif Nəzərli
06:13 10.07.2025
Hadisə
328
Yekaterinburqda iyunun 27-də Rusiya hüquq mühafizə orqanlarının azərbaycanlılara qarşı keçirdiyi əməliyyat nəticəsində saxlanılan Akif Səfərovun barəsində seçilmiş həbs-qətimkan tədbirindən verilən apellyasiya şikayəti birinci instansiya məhkəməsinə qaytarılıb.
APA-nın Rusiya bürosu xəbər verir ki, iyunun 29-da Yekaterinburq şəhərinin Leninski Rayon Məhkəməsi Səfərov Akif Möhbalı oğlunun barəsində həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı müstəntiqin vəsatətini təmin edib.
İbtidai istintaq orqanları ona qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsinin 2-ci hissəsinin "g" bəndi ("Bir qrup şəxs tərəfindən qabaqcadan əlbir olaraq və ya mütəşəkkil dəstə tərəfindən törədilmiş adam öldürmə") ilə ittiham irəli sürüb.
Qərardan müdafiə tərəfi apellyasiya şikayəti verib.
Sverdlovsk vilayət məhkəməsi iş materiallarına baxarkən apellyasiya instansiyasında ona baxılmasına mane olan halları müəyyən edib. Məhkəmə materialı apellyasiya baxışından çıxarılıb və səhvlər aradan qaldırılması üçün Yekaterinburqun Leninski Rayon Məhkəməsinə qaytarılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Paşinyan Azərbaycanla sülhü 2031-ci ilə saxlayır
12:23 15.10.2026
Gündəm
Azərbaycanda “Rəqəmsal rabitə” informasiya sistemi yaradılır
12:20 15.10.2026
Gündəm
İlham Əliyev: Laosun AQEM-ə üzvlüyünü yüksək qiymətləndiririk
12:19 15.10.2026
Gündəm
İshaq Dar Bakıda olan Hakan Fidana zəng etdi
11:38 15.10.2026
Dünya
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir
11:35 15.10.2026
Gündəm
Ukrayna Voronejdə hərbi aerodrumu vurdu
11:21 15.10.2026
Dünya
Azərbaycanda bəzi xidmət haqları iki dəfə azaldılır
10:57 15.10.2026
Sosial
Brüsseldə keçiriləcək Aİ sammitində büdcədə irəliləyiş gözlənilmir
10:55 15.10.2026
Gündəm
Makaronun süzdükdən sonra suyunu tökməyin
10:47 15.10.2026
Sosial
ABŞ İrana "bombaların anası" ilə zərbə endirəcək
10:35 15.10.2026
Dünya
Hollivud ulduzu zorakılıq iddiasına cavab verib
10:20 15.10.2026
Şou
Meloni ABŞ-Rusiya dizel razılaşmasını riskli adlandırıb
10:14 15.10.2026
Gündəm
Bakıda Azərbaycan və İtaliya hərbçilərinin ekspert görüşü keçirilib
10:11 15.10.2026
Hərbi