Yekaterinburqda saxlanılan Ayaz Səfərovun apellyasiya şikayəti təmin edilməyib
Yusif Nəzərli
05:20 10.07.2025
Hadisə
290
Yekaterinburqda iyunun 27-də Rusiya hüquq mühafizə orqanlarının azərbaycanlılara qarşı keçirdiyi əməliyyat nəticəsində saxlanılan Ayaz Səfərov barəsində çıxarılan həbs qətimkan tədbirindən apellyasiya şikayəti verilib.
APA-nın Rusiya bürosu xəbər verir ki, Sverdlovsk vilayət məhkəməsi A. Səfərovun apellyasiya şikayətini təmin etməyib, birinci instansiya məhkəməsinin qərarı qanuni qüvvəyə minib.
Məhkəmədən bildirilib ki, Ayaz Səfərov həbsdə qalacaq.
Yekaterinburq şəhərinin Leninski rayon məhkəməsinin 29 iyun 2025-ci il tarixli qərarı ilə Səfərov Ayaz Möhbalı oğlu barəsində 2025-ci il iyulun 19-dək həbs qətimkan tədbiri seçilib. İbtidai istintaq orqanları Səfərovu Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105.2 maddəsi (“Bir qrup şəxs tərəfindən qabaqcadan əlbir olaraq və ya mütəşəkkil dəstə tərəfindən törədilmiş qətl”) ilə nəzərdə tutulmuş cinayəti törətməkdə ittiham ediblər.
Qeyd edək ki, iyunun 27-də Rusiya hüquq-mühafizə orqanlarının Yekaterinburqda azərbaycanlılara qarşı keçirdiyi əməliyyat nəticəsində iki nəfər-Ziyəddin və Hüseyn Səfərov qardaşları öldürülüb, 8 nəfər-Məzahir, Ayaz, Akif, Kamal, Bakir Səfərovlar, Əhliman Gənciyev, Şahid Lalayev və Əziz Abbasov həbs olunublar. Onlara qarşı 2001, 2010 və 2011-ci illərdə törədilmiş cinayətlər iştirak ittihamı irəli sürülüb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Paşinyan Azərbaycanla sülhü 2031-ci ilə saxlayır
12:23 15.10.2026
Gündəm
Azərbaycanda “Rəqəmsal rabitə” informasiya sistemi yaradılır
12:20 15.10.2026
Gündəm
İlham Əliyev: Laosun AQEM-ə üzvlüyünü yüksək qiymətləndiririk
12:19 15.10.2026
Gündəm
İshaq Dar Bakıda olan Hakan Fidana zəng etdi
11:38 15.10.2026
Dünya
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir
11:35 15.10.2026
Gündəm
Ukrayna Voronejdə hərbi aerodrumu vurdu
11:21 15.10.2026
Dünya
Azərbaycanda bəzi xidmət haqları iki dəfə azaldılır
10:57 15.10.2026
Sosial
Brüsseldə keçiriləcək Aİ sammitində büdcədə irəliləyiş gözlənilmir
10:55 15.10.2026
Gündəm
Makaronun süzdükdən sonra suyunu tökməyin
10:47 15.10.2026
Sosial
ABŞ İrana "bombaların anası" ilə zərbə endirəcək
10:35 15.10.2026
Dünya
Hollivud ulduzu zorakılıq iddiasına cavab verib
10:20 15.10.2026
Şou
Meloni ABŞ-Rusiya dizel razılaşmasını riskli adlandırıb
10:14 15.10.2026
Gündəm
Bakıda Azərbaycan və İtaliya hərbçilərinin ekspert görüşü keçirilib
10:11 15.10.2026
Hərbi
Tramp: Mediaya məlumat sızdıran məmurlar güllələnməlidir
09:59 15.10.2026
Gündəm