Yevlaxda traktor aşdı: ölən var

Yevlaxda traktorun aşması insan ölümü ilə nəticələnib.
Teleqraf-ın yerli bürosunun məlumatına görə, hadisə "vaqon-şəhərcik" deyilən ərazidə baş verib.

İlkin məlumata görə, traktorda olan iki kişidən biri traktorun altında qalaraq ölüb. Digər kişi isə yaralı halda xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma başlanıb.