Yuxu deyil, gerçək: Qadın 2,5 metrlik pitonla oyandı

Avstraliyada yaşayan Rachel Bloor gecəyarısı yatağında üzərində 2,5 metrlik piton ilanı olduğunu görərək şoka düşüb.

Sherg.az xəbər verir ki, əvvəlcə pitonu iti sanan qadın, həyat yoldaşının işığı yandırması ilə həqiqəti öyrənib.

Bloor BBC-yə açıqlamasında bildirib ki, həyat yoldaşı ona “Hərəkət eləmə, üzərində piton var” deyib. Qadın pitonu örtük altından yavaşca itələyərək, əlindəki yeməklə həyətə çıxarmağı bacarıb.

Qadın və ailəsi hadisədən sağ-salamat çıxıb; heç kim xəsarət almayıb. Bloor ilanlarla böyüdüyünü və sakit davranışın təhlükəsizliyi təmin etdiyini vurğulayıb.