6 fevral 2023-cü il Kahramanmaraş mərkəzli zəlzələlər zamanı Adıyamanda evlərinin dağıntıları altında qalan Zeliha Yılmaz 117 saat sonra xilas edilib.
Sherg.az xəbər verir ki, zəlzələ nəticəsində atasını və bacısını itirən Zeliha üzərinə düşən beton sütun səbəbilə sol ayağını itirib. Daha sonra ona protez ayaq taxılıb və yenidən yeriməyə başlayıb. Hazırda Adıyamanda təhsilini davam etdirən 4-cü sinif şagirdi Zeliha Yılmaz müəllim olmaq arzusunu reallaşdırmaq üçün çalışır.