Avropa İttifaqı (Aİ) ölkələrində Ukraynanın 60 mindən çox əsgəri təlim keçib.
“Report” xəbər verir ki, bu barədə Polşa Müdafiə Nazirliyi yanında Hərbi Nəşriyyat İnstitutu (Wojskowy Instytut Wydawniczy, WIW) məlumat yayıb.
“Aİ-nin Ukraynaya Hərbi Yardım Missiyası (EUMAM UA) artıq iki ildir həyata keçirilir və artıq 60 mindən çox ukraynalı əsgər təlim keçib. Demək olar, bunların dörddə biri Polşada təlim keçib”, - məlumatda deyilir.
WIW-in məlumatına görə, Polşada onlar zirehli tank və mexanikləşdirilmiş tank, artilleriya, zenit, mühəndislik və logistika (texniki-mexaniklər) kimi müxtəlif hərbi ixtisaslar üzrə xüsusi bilik və bacarıqlara yiyələnmək imkanı əldə edirlər.
Qeyd edək ki, CAT-C (Polşanın Jaqan şəhərində Ümumhərbi Təlim Komandanlığı) çərçivəsində təşkil olunan kurslarda Aİ-nin 16 ölkəsindən hərbi təlimatçılar da iştirak edir.