ABŞ və Avstraliya hipersəs raketlərin birgə istehsalı üzərində işləyir

ABŞ müdafiə naziri Pit Heqset ölkəsinin Avstraliya ilə hərbi-sənaye əməkdaşlığını genişləndirdiyini və hipersəs kruiz raketlərinin birgə istehsalı üzərində işlədiklərini açıqlayıb.

APA xəbər verir ki, Heqset bu barədə, ABŞ dövlət katibi Marko Rubio, Avstraliyanın baş nazirinin müavini və müdafiə naziri Riçard Marles və xarici işlər naziri Penni Vonqla görüşdən əvvəl açıqlama verib.

"Biz müdafiə sənayesi əməkdaşlığını, idarə olunan silahların istehsalı üzrə əməkdaşlığı dərinləşdiririk. Biz hipersəs kruiz raketlərinin birgə istehsalı və birgə texniki xidməti, hava-hava raketlərinin birgə texniki xidməti və Mark 54 torpedaları da daxil olmaqla müxtəlif sahələrdə əməkdaşlıq proqramları üzərində işləyirik", - o deyib.