Aparılmış audit nəticəsində COP29 Azərbaycan Əməliyyat Şirkətinin fəaliyyətinə müsbət rəy verilib
11:50 27.10.2025
Hərbi
403
Azərbaycan Respublikası Hesablama Palatasının 2025-ci il üzrə İş Planına əsasən, COP29 beynəlxalq tədbirinin hazırlıq və keçirilmə mərhələlərində gəlir və xərclərin auditi aparılıb.
Sherg.az Hesablama Palatasının saytına istinadən xəbər verir ki, audit nəticəsində COP29 Azərbaycan Əməliyyat Şirkəti tərəfindən hazırlanmış maliyyə hesabatlarına müsbət rəy verilib.
Audit INTOSAI-ın Peşəkar Bəyanatlar Çərçivəsinin (IFPP) beynəlxalq prinsiplərinə uyğun metodologiya ilə həyata keçirilib.
Yoxlama prosesi maliyyə sənədlərinin təhlilini, gəlir və xərclər üzrə hesabatların dəqiqliyinin təsdiqini, hüquqi çərçivəyə riayət olunmasının qiymətləndirilməsini və daxili nəzarət sisteminin səmərəliliyinin müəyyənləşdirilməsini əhatə edib.
Tədbir üzrə daxilolmaların 92,5%-i dövlət büdcəsindən, 7,5%-i isə digər mənbələrdən təmin edilib. Vəsait COP29 Azərbaycan Əməliyyat Şirkətinin əməliyyat, tikinti, xidmət, nəqliyyat, avadanlıq, marketinq və digər zəruri xərclərinin, həmçinin beynəlxalq öhdəliklər üzrə ödənişlərin qarşılanmasına yönəldilib. Əməliyyat xərclərinin əsas hissəsi konfrans məkanları (65,4%) və məzmunun hazırlanması ilə bağlı istiqamətlərə (10,2%) sərf olunub. Tədbirdən sonra əldə edilmiş uzunmüddətli aktivlər (nəqliyyat vasitələri və avadanlıqlar) müvafiq qaydada dövlət qurumlarının istifadəsinə təhvil verilib.
Hazırlıq və icra mərhələsində xidmət müqavilələri üzrə tərəf müqabilləri əsasən Türkiyə, Almaniya, İsrail, ABŞ və Birləşmiş Ərəb Əmirliklərində fəaliyyət göstərən qeyri-rezident şirkətlər olub.
Audit hesabatında maliyyə idarəçiliyinin müsbət tərəfləri ilə yanaşı, təkmilləşdirilməyə ehtiyac olan məqamlar da qeyd olunub. Satınalma qanunvericiliyinin pozulması ilə bağlı əhəmiyyətli hallar aşkar edilməyib.
Tədbir çərçivəsində əldə edilən aktivlər və yaranmış öhdəliklər inventarizasiya edilib, uzunmüddətli aktivlərin təkrar istifadəyə yararlılığı qiymətləndirilib, təhvil-təslim sənədlərinin dolğunluğu yoxlanılıb və kontragentlərlə məlumatların üzləşdirilməsinin vacibliyi müəyyən edilib.
Auditin müsbət nəticəsi onu göstərir ki, COP29-un təşkilində şəffaflıq, hesabatlılıq və səmərəli maliyyə idarəçiliyi prinsiplərinə riayət edilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin Paşinyanla razılaşmadı, sözünü kəsdi
21:54 01.09.2026
Gündəm
İranın bir sıra şəhərlərində partlayış səsləri eşidilib
20:44 01.09.2026
Gündəm
Bakıda qardaş və bacı bir-birini bıçaqladı
20:30 01.09.2026
Hadisə
ŞƏT-də Azərbaycanla bağlı HESAB DƏYİŞİR - ŞƏRH
19:53 01.09.2026
Gündəm
“Trabzonspor” Fatih Tekke ilə yollarını ayırdı
19:43 01.09.2026
Futbol
Sülhün ən böyük təminatı imza yox, AÇIQ YOLLARDIR - TƏHLİL
19:35 01.09.2026
Gündəm
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
19:26 01.09.2026
Rəsmi
Ərdoğan: Türkiyə-Rusiya münasibətləri çox yüksək səviyyədədir
19:08 01.09.2026
Region
Putin və Pezeşkian danışıqlar aparıb
19:00 01.09.2026
Gündəm
Sahibə Qafarova Somali Prezidenti ilə görüşdü
18:52 01.09.2026
Siyasət
Ərdoğan: Akkuyu Atom Elektrik Stansiyasının son mərhələsindəyik
18:33 01.09.2026
Aktual