Azərbaycan-Türkiyə Milli Müdafiə Universitetləri arasında Yüksək Dialoq tədbiri keçirilib
Yusif Nəzərli
15:32 06.05.2025
Hərbi
405
Mayın 6-da Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi İnstitutda Ulu Öndər Heydər Əliyevin 102-ci ildönümü münasibətilə Azərbaycan-Türkiyə Milli Müdafiə Universitetləri (MMU) arasında "Təlim-Tədris Prosesinin Təkmilləşdirilməsi üzrə Yüksək Dialoq" tədbiri keçirilib. Tədbirdə hər iki ölkənin MMU rektorları, baş idarə, idarə rəisləri, təhsil müəssisələrinin rəhbərləri, zabitlər və professor-müəllim heyəti iştirak ediblər.
Sherg.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Qeyd edilib ki, əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin institutun ərazisində ucaldılmış abidəsi və şəhidlərin memorial kompleksi ziyarət olunub, önünə gül dəstələri qoyulub.
Heydər Əliyev adına Hərbi İnstitutun klubunda davam edən tədbirin rəsmi hissəsində əvvəlcə Ulu Öndər Heydər Əliyevin və hər iki ölkənin suverenliyi və azadlığı uğrunda canından keçən şəhidlərin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni və Türkiyə Respublikasının İstiqlal Marşı səsləndirilib.
Tədbiri giriş nitqi ilə açan Milli Müdafiə Universitetinin rektoru general-mayor Gündüz Əbdülov tədbir iştirakçılarını salamlayıb, Azərbaycan-Türkiyə MMU-ları arasında hərbi təhsil sahəsində Yüksək Dialoq tədbirinin keçirilməsini əlamətdar hadisə adlandırıb və bu gün qardaş Türkiyə heyətinin bu tədbirdə iştirakını Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın iki strateji tərəfdaş dövlətin inkişafı istiqamətində müəyyənləşdirdiyi siyasətin, strateji müttəfiqlik münasibətlərinin hərbi təhsil sahəsində təzahürü olduğunu xüsusi vurğulayıb. Hərbi qulluqçuların, xüsusilə də zabitlərin hazırlığının aktual məsələlərini müzakirə etmək üçün təhsil müəssisələri və qoşun növlərini bir araya gətirən bu yanaşmanın Türkiyə təcrübəsi əsasında Azərbaycan Ordusunda ilk dəfə tətbiq olunduğunu qeyd edən general-mayor G.Əbdülov, son illərdə keçirilən görüşlərin, təşkil olunan tədbirlərin hər iki qardaş ölkə üçün hərbi təhsil sahəsində öz səmərəliliyi ilə seçildiyini qeyd edib.
Daha sonra çıxış edən Türkiyə Milli Müdafiə Universitetinin rektoru professor Erhan Afyoncu Azərbaycan və Türkiyənin uzun illərdir davam etdirdiyi və bu gün dövrünün ən pik çağlarını yaşayan əməkdaşlığın müəyyən hissəsi olan hərbi təhsil sahəsində əldə olunan innovativ yeniliklərin tətbiqini iki ölkə arasındakı qardaşlıq bağlarının, sarsılmaz əlaqələrin göstəricisi olduğunu qeyd edib.
Sonda tədris prosesinin təkmilləşdirilməsi üzrə işçi qruplar tərəfindən plana uyğun fəaliyyətlər icra olunub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Sabah” – “Borussiya Dortmund” matçının hakimləri bəlli olub
16:14 18.10.2026
Futbol
Makron xalqa müraciət edəcək
15:56 18.10.2026
Gündəm
Müdafiə naziri: Ukrayna müharibədə heç vaxt qalib gələ bilməyəcək
15:37 18.10.2026
Dünya
Seldə itkin düşən Türkmənistan vətəndaşının meyiti tapılıb
15:17 18.10.2026
Hadisə
Miranda Kerr: “Yumurta üçün darıxıram”
14:51 18.10.2026
Şou
25-30 ildən sonra dünyada ölüm halları artacaq
14:18 18.10.2026
Sağlamlıq
“Uzak şehir”də rol alacaq
13:45 18.10.2026
Şou
Erlinq Holann İngiltərə Premyer Liqasında yeni uğura imza atıb
13:39 18.10.2026
Futbol
İranın yeni müdafiə naziri ABŞ-a xəbərdarlıq edib
13:36 18.10.2026
Dünya
Bolqarıstan sərhədində 30 kilometrlik TIR növbəsi yaranıb
13:31 18.10.2026
Hadisə
İranda yeni müdafiə naziri təyin olundu
13:20 18.10.2026
Region
Noyabrda ağacın dibinə 1 stəkan tökün: Yayda bol məhsul əldə edin
12:57 18.10.2026
Maraqlı
Müstəqilliyi əldə etmək qədər onu qorumaq da çətindir - ŞƏRH
12:43 18.10.2026
Gündəm
"Barselona" "Real"ın rekordunu təkrarlayıb
12:27 18.10.2026
Futbol
Lökbatanda anbarda yanğın olub - FOTO
12:17 18.10.2026
Hadisə