Azərbaycan-Türkiyə xüsusi təlimlər keçirəcək

Azərbaycan-Türkiyə SAT-SAS (sualtı hücum,sualtı müdafiə) ikitərəfli xüsusi təlimləri keçiriləcək.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin sözçüsü Zəki Aktürk həftəlik brifinqdə deyib.

O qeyd edib ki, təlimlər oktyabrın 13-17-də keçiriləcək.