Deputat daxili qoşunların hərbçilərinə ev verilməsini təklif edib
11:47 09.09.2025
Hərbi
429
Daxili qoşunlar Silahlı Qüvvələrin tərkib hissəsi sayılsa da, ehtiyata buraxılandan sonra onlara mənzillər verilmir.
APA xəbər verir ki, bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında komitə sədrinin müavini Qüdrət Həsənquliyev “Azərbaycan Respublikasının daxili qoşunları haqqında” qanun layihəsinin müzakirəsində bildirib.
Qüdrət Həsənquliyev deyib ki, bu ədalətsizlikdir: “Yaxşı olardı ki, bu məsələ daxili qoşunların zabitləri və müddətdən artıq hərbi xidmət edənlər üçün də nəzərdə tutulsun. Bunu qanunvericilik subyekti ilə danışmalıyıq. Digər tərəfdən, yaxşı olardı ki, onlara ev verilməkdənsə, xidmətdən artıq xidmət edən zabitlərə müəyyən məbləğ pul ayrılsın. Hazırda ordu üçün evlər tikilir, amma bəlkə adam orda yaşamaq istəmir, ailəsinə yaxın yerdə ev almaq istəyir? Biz bu məsələni qaldıraq. Eyni zamanda daxili qoşunların komandanına səlahiyyət verilməlidir ki, müddətdən artıq qulluq edən zabitlərlə müqavilələr imzalansın və onun hansı iş gördüyü bilinsin. Bu, onların hüquqlarını qorumaq baxımından əhəmiyyətlidir”.
Deputat həmçinin qeyd edib ki, Konstitusiyanın 75-ci maddəsinin 3-cü hissəsi ilə bağlı bir məsələyə toxunmaq istəyir: "Hesab edirəm ki, qanunda bu maddəni də qeyd etməliyik. Yəni ölkədə fövqəladə, hərbi, səfərbərlik vəziyyəti elan olunubsa, ictimai asayişi təmin etmək üçün daxili qoşunlardan istifadə olunsun. Bu maddə yeni qanuna əlavə edilsin. Məsələn, daxildə hansısa iğtişaşlar baş verərsə, Daxili İşlər Nazirliyinin tərkibində çevik polis alayı kifayət etməsə, daxili qoşunlara səlahiyyət verilsin".
Daxili Qoşunların komandanı Şahin Məmmədov isə bildirib ki, Nazirlər Kabineti müddətdən artıq xidmət edən hərbi qulluqçularla bağlı bağlaşma şərtlərini müəyyən edib və onun bu qanunda əksini tapmasına ehtiyac yoxdur: “Sözsüz ki, bağlaşma ilə bağlı müraciət edən hərbi qulluqçu müqaviləyə imza atır, bu müqavilələrə də imzanı mən atıram. Gələcəkdə o müqavilənin müddətinin uzadılmasını istəmirsə, mənim onu məcburi saxlamağa səlahiyyətim yoxdur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Nəsimi rayonunda kafedən oğurluq edənlər saxlanılıb
19:28 03.06.2026
Hadisə
Ərdoğan: “Qəhrəman elan etdikləri bu gün xain oldu”
19:17 03.06.2026
Gündəm
Cəlilabad sakini dayısı arvadını qətlə yetirdi
18:35 03.06.2026
Hadisə
Qadınların hesablarından pul oğurlanır - AMB
18:11 03.06.2026
İqtisadiyyat
Cill Bayden: “Co Baydenə qarşı ittihamlar bizi sarsıtdı”
16:54 03.06.2026
Dünya
Roma Papası Prezident İlham Əliyevi təbrik edib
16:45 03.06.2026
Gündəm
Baş nazirdən əlilliyi olan uşaqlarla bağlı qərar
16:23 03.06.2026
Sosial
Saakaşvilidən ermənilərə çağırış: Seçkilərdə ona səs verin!
16:09 03.06.2026
Gündəm
Rusiyadan Ermənistana xəbərdarlıq: Uçuruma gedirsiniz
15:41 03.06.2026
Gündəm
Bakıda “Changan” yanıb
15:38 03.06.2026
Hadisə
Paşinyan qalib gələn kimi Putinlə görüşməyi planlaşdırır
15:17 03.06.2026
Gündəm
Almaniyada vətəndaşlığa qəbul olunanların sayı rekord həddə çatıb
15:16 03.06.2026
Dünya
Sibel Can ərə gedir
15:07 03.06.2026
Şou
“Sağlam ailə modelinin təşviqi” adlı layihənin icrası davam edir
15:02 03.06.2026
Ölkə
Tramp: “İranla razılaşma yaxın vaxtlarda mümkündür”
14:47 03.06.2026
Gündəm