Ən çox silah ixrac edən ölkələrin reytinqi açıqlanıb
Yusif Nəzərli
16:53 17.03.2025
Hərbi
317
2024-cü ilin yekunlarına görə, ən çox silah ixrac edən ölkələrin reytinqi açıqlanıb.
APA-nın Moskva müxbiri xəbər verir ki, 20 ölkənin yer aldığı və Dünya Silah Ticarətinin Təhlili Mərkəzi (CAMTO) tərəfindən hazırlanan reytinqdə yalnız ixracatçı ölkələr tərəfindən silah və hərbi texnikanın tədarükü üçün müəyyən edilmiş müqavilələr nəzərə alınıb.
Ən çox silah ixrac edən ölkələrin reytinq cədvəlinə ABŞ (42,329 milyard dollar-37,92%) başçılıq edir.
Siyahıda ikinci pillədə Rusiya (13,75 milyard dollar-12,32%), üçüncü yerdə Fransa (7,698 milyard dollar-6,90%), dördüncü yerdə Cənubi Koreya (5,691 milyard dollar-5,10%) gəlir.
İlk beşliyi (5,690 milyard dollar-5,10%) İtaliya tamamlayır.
Çin siyahıda (3,216 milyard dollar-2,88%)10-cu, Türkiyə Respublikası isə (2,536 milyard dollar) 13-cü pillədə qərarlaşıb. Ən çox silah satan ölkələrin ilk 20-liyində Almaniya, İsveç, İsrail, Norveç, İspaniya, Böyük Britaniya, Niderland, Avstraliya, İsveçrə, Polşa, Kanada, Hindistan və Braziliya yer alıblar.
2024-cü ildə adi silahların dünya ixracı/idxalının həcmi BMT Reyestrinin təsnifatına və Dünya Silah Ticarətinin Təhlili Mərkəzinin qiymətləndirməsinə görə 111,615 milyard dollar təşkil edib ki, bu da Soyuq Müharibə dövrünün bitməsindən bəri ən yüksək nəticədir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
TRT-nin Bakı nümayəndəliyinə yeni rəhbər təyin edildi
20:20 14.07.2026
Dünya
"Qəbələ" ilk yoxlama görüşündə "Kəpəz"i məğlub etdi
20:09 14.07.2026
Futbol
Küveyt ordusu: Düşmənin hava hədəfləri zərəsizləşdirilir
19:58 14.07.2026
Dünya
Tramp: ABŞ İran gəmilərinə qarşı tam blokada tətbiq edəcək
19:42 14.07.2026
Dünya
"Barselona" "Kamp Nou"nu tərk edir: UEFA qaydaları və yeni stadion
19:26 14.07.2026
Futbol
Ərdoğan Qətərə səfər etdi
19:19 14.07.2026
Gündəm
Beynəlxalq axtarışda olan şəxs Azərbaycana təhvil veriləcək
19:12 14.07.2026
Hadisə
Gəncədə altı nəfər qidadan zəhərləndi
18:58 14.07.2026
Hadisə
Türkiyə Netanyahunu axtarışa verib
18:13 14.07.2026
Dünya
Brüsseldə tikinti sahəsində yanğın baş verib, ölənlər var
17:19 14.07.2026
Dünya