İranın mərkəzində yerləşən Nəcəfabad şəhərində ABŞ və İsrail qüvvələrinin həyata keçirdiyi raket hücumu nəticəsində azı 20 nəfər həlak olub, 50-dən çox insan xəsarət alıb.
Teleqraf xəbər verir ki, bu barədə məlumatı İranın "Fars" xəbər agentliyi yayıb.
Məlumata görə, hücum zamanı eyni hədəfə qısa zaman fərqi ilə iki raket zərbəsiendirilib. Agentliyin adı açıqlanmayan polis əməkdaşına istinadən verdiyi xəbərə görə, birinci raket zərbəsindən sonra xilasedicilər və yerli sakinlər hadisə yerində yaralılara yardım göstərərkən, bir neçə dəqiqə sonra eyni nöqtəyə ikinci raket düşüb.
Məlumatda qeyd olunur ki, ikinci zərbə hadisə yerinə toplaşanlar arasında itkilərin artmasına səbəb olub. Hazırda ərazidə xilasetmə işlərinin davam etdirildiyi, xəsarət alanların yaxınlıqdakı tibb müəssisələrinə yerləşdirildiyi bildirilir. Həkimlər yaralıların bir çoxunun vəziyyətinin ağır olduğunu, bu səbəbdən ölü sayının arta biləcəyini vurğulayıblar.