İsrail HƏMAS-ın əsas maliyyəçisini məhv edib

İsrail hərbçiləri Qəzza zolağında Fələstinin radikal HƏMAS hərəkatının əsas maliyyəçilərindən biri Caser Hüseyn Əli Şamiyəni öldürüb.

Teleqraf xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Məlumatına görə, xüsusi əməliyyat bir həftə əvvəl Qəzza şəhərində İsrail Müdafiə Qüvvələri və Baş Təhlükəsizlik Xidməti tərəfindən həyata keçirilib. İsrail hərbçilərinin sözlərinə görə, o, "Həmasın hərbi qanadı üçün vəsaitin toplamasına rəhbərlik edib və eləcə də HƏMAS-ın Qəzza briqadasında bölük komandiri olub".