İtaliya nümayəndə heyəti Azərbaycan MMU və HDQ-ni ziyarət etdi
Yusif Nəzərli
16:37 21.05.2025
Hərbi
387
Ölkəmizdə səfərdə olan İtaliyanın Milli Müdafiə Universitetinin Ali Araşdırmalar Mərkəzinin direktoru general-polkovnik Stefano Mannino və onun rəhbərlik etdiyi nümayəndə heyəti Milli Müdafiə Universitetində (MMU), Hərb Oyunları Mərkəzi, Heydər Əliyev adına Hərbi İnstitutda, Cəmşid Naxçıvanski adına Hərbi Liseydə və Hərbi Dəniz Qüvvələrinin “N” hərbi hissəsində olublar.
Bu barədə Sherg.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Əvvəlcə MMU-da keçirilən görüşdə Universitetin rektoru general-mayor Gündüz Əbdülov qonaqları ölkəmizdə görməkdən məmnun olduğunu ifadə edib. Azərbaycan və İtaliya arasında hərbi təhsil sahəsində uğurla inkişaf edən əlaqələrin qarşılıqlı inam və etimada əsaslandığını vurğulayıb. General-polkovnik S.Mannino da öz növbəsində göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirib. Keçirilən görüşlərin hər iki ordunun hərbi təhsil sahəsi üçün səmərəli olacağını bildirən qonaq, bu istiqamətdə görülən işlərin qarşılıqlı təcrübə mübadiləsi üçün faydalı olduğunu xüsusi qeyd edib.
Daha sonra italiyalı nümayəndə heyətinə MMU-nun yaranma tarixi, təhsil sistemi, elektron üsulla xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul qaydaları, eləcə də qarşıda duran məqsəd və vəzifələrindən bəhs edən brifinq təqdim olunub. Qonaqları maraqlandıran suallar cavablandırılıb.
General-polkovnik S.Mannino xatirə kitabına ürək sözlərini yazıb.
Görüş başa çatdıqdan sonra İtaliya nümayəndə heyəti Hərb Oyunları Mərkəzini ziyarət edib. Burada qonaqlara mərkəzdə icra olunan fəaliyyətlərlə bağlı zəruri məlumatlar verilib. Qonaqlar səfər çərçivəsində MMU-nun Heydər Əliyev adına Hərbi İnstitutu və Cəmşid Naxçıvanski adına Hərbi Liseyində olublar. Ziyarət əsnasında qonaqlar Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin büstü və şəhidlərimiz üçün salınmış memorial kompleksin önünə gül dəstələri düzüblər. Daha sonra qonaqlar xüsusi təyinatlı təhsil müəssisələrində yerləşən Heydər Əliyev Muzeyinə gələrək Ulu Öndərin həyat və siyasi fəaliyyətini əks etdirən fotoguşə ilə tanış olub. Onlara Ulu Öndərin ordu quruculuğu sahəsində gördüyü işlər barədə məlumatlar verilib. İtaliyalı nümayəndə heyəti Hərbi Liseydə və İnstitutda təhsil alan kursantlar üçün yaradılmış şəraitlə tanış olub, onların fikirlərini öyrənib, təklif və tövsiyələrini verib. Qonaqlar üçün hərbi orkestr tərəfindən italyan musiqi kompozisiyaları səsləndirilib, italiyalı nümayəndə heyətinə kursantların nümunəvi çıxışlarını izləyib.Daha sonra brifinq zalında keçirilən görüş zamanı tərəfləri maraqlandıran mövzular ətrafında qarşılıqlı fikir mübadiləsi aparılıb.
İtaliya nümayəndə heyəti səfər çərçivəsində Hərbi Dəniz Qüvvələrinin (HDQ) “N” hərbi hissəsini ziyarət edib.Qonaqları salamlayan HDQ komandanı 1-ci dərəcəli kapitan Şahin Məmmədov Azərbaycanın dünyanın aparıcı dəniz qüvvələrinə malik ölkələri ilə əməkdaşlığında İtaliya Respublikasının xüsusi yeri olduğunu qeyd edib. Daha sonra qonaqlara hərbi hissənin tarixi, keçdiyi döyüş yolu və qarşıda duran məqsədləri ilə bağlı brifinq təqdim olunub. Qonaqları maraqlandıran suallar cavablandırılıb. Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.Ziyarət zamanı qonaqlara hərbi hissənin silahlanmasında olan bəzi hərbi vasitələr əyani olaraq göstərilib, onların taktiki-texniki xüsusiyyətləri barədə ətraflı məlumat verilib.Qonaqlar, həmçinin təlim meydanında dəniz xüsusi təyinatlılarının iştirakı ilə nümayiş olunan nümunəvi çıxışları izləyiblər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hasan Can Kaya evlənir!
00:40 04.06.2026
Şou
"Ford" ABŞ-də 420 min avtomobili geri çağırır
00:19 04.06.2026
Maraqlı
İran ordusu Oman körfəzində ABŞ-yə məxsus esminesə hücum edib
23:58 03.06.2026
Gündəm
Tovuz rayonunda ölümlə nəticələnən ağır qəza baş verib
23:13 03.06.2026
Hadisə
İran Parlamentinin sədri: Ölkəmizə qarşı boş təhdidlər dövrü bitib
22:50 03.06.2026
Dünya
ABŞ Ukrayna ilə bağlı bu il müsbət xəbərlər gözləyir
21:57 03.06.2026
Dünya
DÇ-2026: İran millisinin oyunçuları viza aldılar
21:44 03.06.2026
Futbol
Rubio: ABŞ Ukraynada sülh səylərini bərpa etməyə hazırdır
21:16 03.06.2026
Dünya
Tramp Türkiyəyə səfər edəcək
21:04 03.06.2026
Gündəm
Cəlilabad sakini dayısı arvadını qətlə yetirdi - YENİLƏNDİ
20:52 03.06.2026
Hadisə
Messi İspaniyanın nüfuzlu mükafatını qazandı
20:30 03.06.2026
Futbol
Küveyt iki İran diplomatını "arzuolunmaz şəxs" elan etdi
19:59 03.06.2026
Region
Nəsimi rayonunda kafedən oğurluq edənlər saxlanılıb
19:28 03.06.2026
Hadisə
Ərdoğan: “Qəhrəman elan etdikləri bu gün xain oldu”
19:17 03.06.2026
Gündəm
Cəlilabad sakini dayısı arvadını qətlə yetirdi
18:35 03.06.2026
Hadisə