Parlamentin komitəsində “Daxili qoşunlar haqqında” yeni qanun layihəsi müzakirəyə çıxarılıb
11:15 09.09.2025
Hərbi
396
Milli Məclisə “Daxili qoşunlar haqqında” yeni qanun layihəsi haqqında yeni qanun layihəsi daxil olub.
Sherg.az-ın xəbərinə görə, qanun layihəsi bu gün Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində birinci oxunuşda müzakirəyə çıxarılıb.
“Daxili qoşunlar haqqında” yeni qanun layihəsi 6 fəsil, 30 maddədən ibarətdir, Azərbaycan Respublikasının konstitusiya quruluşunun, suverenliyinin, habelə ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunması sahəsində Azərbaycan Respublikası daxili qoşunlarının (bundan sonra daxili qoşunlar) fəaliyyətini, hüquq və vəzifələrini, həmçinin daxili qoşunların idarə olunmasının hüquqi əsaslarını müəyyən edir.
Daxili qoşunların şəxsi heyəti hərbi qulluqçulardan və mülki işçilərdən ibarətdir. Daxili qoşunların hərbi qulluqçuları müvafiq peşə qabiliyyətinə, ixtisas hazırlığına və fiziki hazırlığa malik olmalı, xüsusi hazırlıq keçməli, xüsusi vasitələrdən, təhkim edilmiş silah, döyüş texnikası və xüsusi texnikadan istifadə etməyi bacarmalıdırlar. Daxili qoşunların hərbi qulluqçularının fiziki qüvvənin, xüsusi vasitələrin, odlu silahın, döyüş texnikasının və xüsusi texnikanın tətbiqi bacarığı, habelə ilk tibbi yardım göstərmək bacarığı müntəzəm yoxlanılmalıdır.
Daxili qoşunlarda mülki işçilərin əmək münasibətləri Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə tənzimlənir.
Daxili qoşunların kadrlar hazırlayan, onların ixtisasını artıran və elmi-tədqiqat işləri aparılan xüsusi təyinatlı təhsil müəssisələri vardır. Daxili qoşunların hərbi qulluqçuları təhsil müəssisələrində Azərbaycan Respublikasının təhsil qanunvericiliyində nəzərdə tutulmuş qaydada təhsil ala bilərlər. Daxili qoşunların hərbi qulluqçularının başqa dövlətlərin ixtisaslaşdırılmış təhsil müəssisələrində təhsil alması beynəlxalq müqavilələr əsasında təşkil edilir.
Layihəyə əsasən, daxili qoşunların hərbi qulluqçularının və onların ailə üzvlərinin təhlükəsizliyini təmin etmək məqsədilə onların xidmət və yaşayış yeri barədə məlumatların mediada, o cümlədən internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılmasına yol verilmir.
Daxili qoşunların xidməti fəaliyyəti barədə məlumat yalnız daxili qoşunlar komandanının razılığı ilə verilir.
Bu Qanun qüvvəyə mindiyi gündən "Daxili qoşunların statusu haqqında" qanun ləğv edilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Nəsimi rayonunda kafedən oğurluq edənlər saxlanılıb
19:28 03.06.2026
Hadisə
Ərdoğan: “Qəhrəman elan etdikləri bu gün xain oldu”
19:17 03.06.2026
Gündəm
Cəlilabad sakini dayısı arvadını qətlə yetirdi
18:35 03.06.2026
Hadisə
Qadınların hesablarından pul oğurlanır - AMB
18:11 03.06.2026
İqtisadiyyat
Cill Bayden: “Co Baydenə qarşı ittihamlar bizi sarsıtdı”
16:54 03.06.2026
Dünya
Roma Papası Prezident İlham Əliyevi təbrik edib
16:45 03.06.2026
Gündəm
Baş nazirdən əlilliyi olan uşaqlarla bağlı qərar
16:23 03.06.2026
Sosial
Saakaşvilidən ermənilərə çağırış: Seçkilərdə ona səs verin!
16:09 03.06.2026
Gündəm
Rusiyadan Ermənistana xəbərdarlıq: Uçuruma gedirsiniz
15:41 03.06.2026
Gündəm
Bakıda “Changan” yanıb
15:38 03.06.2026
Hadisə
Paşinyan qalib gələn kimi Putinlə görüşməyi planlaşdırır
15:17 03.06.2026
Gündəm
Almaniyada vətəndaşlığa qəbul olunanların sayı rekord həddə çatıb
15:16 03.06.2026
Dünya
Sibel Can ərə gedir
15:07 03.06.2026
Şou
“Sağlam ailə modelinin təşviqi” adlı layihənin icrası davam edir
15:02 03.06.2026
Ölkə
Tramp: “İranla razılaşma yaxın vaxtlarda mümkündür”
14:47 03.06.2026
Gündəm