
Polkovnik: Ordu təhlükəsizliyin yeganə qarantıdır
Yusif Nəzərli
07:36 06.09.2025
Hərbi
484
Yaxın vaxtlarda ciddi yeniliklər gözlənilir
Azərbaycan-NATO əməkdaşlığı yeni mərhələyə keçir
Azərbaycanın NATO yanında nümayəndəliyinin başçısı Cəfər Hüseynzadə Alyansın Hərbi Komitəsinin sədri admiral Cüzeppe Kavo Draqone ilə görüşüb. NATO-nun mənzil-qərargahında keçirilən görüşdə “Sülh naminə tərəfdaşlıq” proqramı çərçivəsində Azərbaycan-NATO tərəfdaşlığı və əməkdaşlıq perspektivləri müzakirə edilib. Qarşı tərəf Azərbaycanın NATO-nun etibarlı tərəfdaşı olduğunu bir daha vurğulayıb, ölkəmizin Alyansın rəhbərlik etdiyi sülhə dəstək əməliyyatlarına töhfəsini, eləcə də Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində rolunu yüksək qiymətləndirib.
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik Cəlil Xəlilov Sherg.az-a deyib ki, NATO ilə əməkdaşlıq Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edir. Ekspert bildirib ki, Azərbaycan Vətən müharibəsindən sonra da öz Silahlı Qüvvələrini inkişaf etdirmək, onun modernləşdirilməsini daim diqqət mərkəzində saxlamağa qərar verib:

"Prezident cənab İlham Əliyev dəfələrlə çıxışlarındaa qeyd edib ki, biz bundan sonra da ordumuzun gücləndirilməsi, onun öz peşəkarlığını, maddi-texniki təchizatını daha da yaxşılaşdırması üçün əlimizdən gələni əsirgəməyəcəyik. Bu faktın özü Azərbaycan dövlətinin orduya, xalqın müdafiəsi və təhlükəsizliyinə necə böyük önəm verdiyini göstərir. Azərbaycanla NATO arasında əməkdaşlıq əlaqələri mövcuddur. Azərbaycan NATO-nun bir sıra layihələrində aktiv iştirak edib. Hərbçilərimiz dünyanın bir çox bölgələrində sülhyaratma missiyalarında iştirak ediblər. Azərbaycan bu gün də NATO ilə əməkdaşlığa mühüm önəm verir və bu istiqamətdə konkret addımlar atır. Ümumiyyətlə, bir şeyi nəzərə almaq lazımdır ki, Azərbaycan beynəlxalq hüquq normaları və qarşılıqlı hörmət prinsipləri əsasında bütün ölkələrlə əməkdaşlığa hazırdır. Bir şeyi də nəzərə almaq lazımdır ki, Azərbaycanın digər ölkələrlə əməkdaşlığı heç vaxt hər hansı üçüncü dövlətə qarşı yönəlməyib, digər bir ölkə üçün təhlükə yaratmayıb".
C.Xəlilov hesab edir ki, Azərbaycan-NATO münasibətlərinin inkişaf etdirilməsi zəruridir:
"Biz yaxın gələcəkdə bu istiqamətdə ciddi yeniliklərə şahid olacağıq. Çünki müasir dünyamızda artan təhdid və təhlükələr bizdən ordumuzun döyüş hazırlığını daim yüksək səviyyədə saxlamağı tələb edir. Uzun müddət davam edən erməni işğalı və bu işğala son qoyan 44 günlük Vətən müharibəsi sübut etdi ki, hər bir dövlətin təhlükəsizliyinin ən mühüm qarantı onun ordusudur. Bu səbəbdən Azərbaycanın da öz ordusunu inkişaf etdirməsi üçün dünyanın qabaqcıl dövlətlərinin cəmləşdiyi NATO ilə əməkdaşlığı dərinləşdirməsi vacibdir. Bu cür əməkdaşlıqlar bizə imkan verir ki, müasir hərbi yeniliklərdən daha operativ xəbər tutaq və bunları ordumuzda daha çevik şəkildə tətbiq edək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Messi İspaniyanın nüfuzlu mükafatını qazandı
20:30 03.06.2026
Futbol
Küveyt iki İran diplomatını "arzuolunmaz şəxs" elan etdi
19:59 03.06.2026
Region
Nəsimi rayonunda kafedən oğurluq edənlər saxlanılıb
19:28 03.06.2026
Hadisə
Ərdoğan: “Qəhrəman elan etdikləri bu gün xain oldu”
19:17 03.06.2026
Gündəm
Cəlilabad sakini dayısı arvadını qətlə yetirdi
18:35 03.06.2026
Hadisə
Qadınların hesablarından pul oğurlanır - AMB
18:11 03.06.2026
İqtisadiyyat
Cill Bayden: “Co Baydenə qarşı ittihamlar bizi sarsıtdı”
16:54 03.06.2026
Dünya
Roma Papası Prezident İlham Əliyevi təbrik edib
16:45 03.06.2026
Gündəm
Baş nazirdən əlilliyi olan uşaqlarla bağlı qərar
16:23 03.06.2026
Sosial
Saakaşvilidən ermənilərə çağırış: Seçkilərdə ona səs verin!
16:09 03.06.2026
Gündəm
Rusiyadan Ermənistana xəbərdarlıq: Uçuruma gedirsiniz
15:41 03.06.2026
Gündəm
Bakıda “Changan” yanıb
15:38 03.06.2026
Hadisə