Polşa Cənubi Koreya RYAS-ları üçün raket istehsal edəcək

Polşa Cənubi Koreyanın "K239 Chunmoo" reaktiv yaylım atəş sistemləri üçün raket istehsalını həyata keçirəcək.

APA xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Vladislav Kosinyak-Kamış "X" hesabında məlumat verib.

Qeyd edək ki, 2022-ci ilin iyulunda Polşanın əvvəlki hökuməti Cənubi Koreya ilə 288 ədəd "K239 Chunmoo" RYAS-ı və 688 ədəd K9 özüyeriyən haubitsanın tədarükü barədə razılaşma əldə etmişdi.