PUA-ların müasir müharibələrdə rolu artır: Sonuncu nümunə Suriyadır - TƏHLİL
Yusif Nəzərli
11:05 15.12.2024
Hərbi
577
Pilotsuz uçan apartların (PUA) müasir müharibələrdə rolu artıb. Azərbaycan ordusu İkinci Qarabağ müharibəsi zamanı PUA-lardan geniş şəkildə istifadə etdi. Azərbaycan ordusu sürətlə irəliləyərkən, dronlar da separatçılara zərbələr endirirdi. İnternetdə indiyənə qədər həmin görüntüləri izləmək olar.
Sherg.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.
Onun sözlərinə görə, Birinci Qarabağ müharibəsi zamanı yeni formalaşan Azərbaycan ordusu erməni separatçılarının mövqelərini öyrənmək üçün təmas xəttinin o biri tərəfinə kəşfiyyatçıları göndərirdisə və bunun böyük riskləri var idisə, ikinci müharibədə kəşfiyyat məlumatlarını toplamaq məqsədilə dronlar istifadə edilməyə başlanıldı:
"Azərbaycanın təcrübəsi müxtəlif ölkələrin hərbi qurumlarında öyrənilir.
Rusiya-Ukrayna müharibəsində də dronlardan geniş şəkildə istifadə olunur. Milyonlarla dollar qiyməti olan tankları və zirehli texnikanı daha ucuz qiymətə hazırlanan dronlar vasitəsilə məhv etmək mümkündür. Hazırda Rusiya və Ukrayna arasında qarşılıqlı zərbələrin əksəriyyəti dronlar vasitəsilə həyata keçirilir. Eyni anda havaya yüzlərlə dron qaldılır, onların əksəriyyəti hava müdafiə sistemləri vasitəsilə neytrallaşdırılsa da, hədəfə dəyənlər də az deyil.
Müharibə yeni başlayanda Rusiyanın keyfiyyətli dronları olmadığından Kreml İrana müraciət etdi. Bundan sonra İran texnologiyaları əsasında Rusiya ərazisində dron istehsal edən zavod fəaliyyətə başladı. Ukraynanın özü də müharibənin ilk günlərində dronları Türkiyədən alırdı. Həmin dronlar yüksək keyfiyyətə malik olduğunu İkinci Qarabağ Müharibəsində sübut etmişdi. Müharibənin üçüncü ilində Ukrayna müxtəlif modifikasiyalı dronlar istehsal edir".
Mərkəzin ekspertləri bildirirlər ki, dronların əhəmiyyətinə dair sonuncu nümunə Suriyadır:
"Silahlı müxalifət uzun müddət İdlib şəhərinə sığınmışdı. Əsəd ordusu Rusiya və İranın dəstəyi ilə müxalifətin daha geniş əraziləri nəzarətə götürməsinə imkan vermirdi. “Heyət Təhrir əş-Şam” (HTŞ) qruplaşmasının sürətlə irəliləməsində Rusiya, İran və “Hizbullah”ın obyektiv səbəblərdən Əsədə dəstəklərinin zəiflməsinin rolu oldu. Ancaq müşahidəçilər HTŞ-nin Hələbi ələ keçirməsində PUA-lardan istifadənin də rolunun olduğunu bildirirlər. HTŞ dronlar vasitəsilə Əsəd qoşunlarının Hələb və ətrafındakı mövqelərinin zəiflədiyini görərək, məhz bundan sonra hücum qərarı verib.
Dronlar yalnız müharibələrdə istifadə olunmur. Müxtəlif dövlətlər başqa dövlətlərin sirlərini öyrənmək üçün də dronlardan istifadə edir. Çin vətəndaşının ABŞ-ın Kaliforniya ştatında yerləşən hərbi bazası üzərinə dron qaldırdığına dair məhkəmə işi bu gün də davam edir. 39 yaşlı Çin vətəndaşı ABŞ-ın San-Fransisko şəhərindən ölkəsinə qayırdarkən, hava limanında həbs olunub. Çinlinin çantasından dron vasitəsilə çəkilmiş hərbi bazaya aid şəkillər və görüntülər aşkarlanıb. Həmin bazadan İlon Maska məxsus raketlərin kosmik uçuşları da həyata keçirilir.
Ötən il isə ABŞ səmasında Çinə məxsus kəşfiyyatçı şarlar aşkar edilmişdi. Bu hadisə böyük qalmaqala səbəb olmuş, ABŞ Prezidenti Co Bayden Çin lideri Si Cinpinlə əvvəlcədən razılaşdırdığı görüşü təxirə salmışdı. Bu səbəblərdən bir sıra ölkələr PUA satışlarının qanunvericiliklə tənzimlənməsinə çalışır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Laos Prezidenti Azərbaycana rəsmi səfərə gəlib
15:51 12.10.2026
Gündəm
Qaradağda məktəb direktorunun maşını yandırılıb
15:49 12.10.2026
Hadisə
Azərbaycan Türk Ocağı MÜRACİƏT ÜNVANLAYIB
15:47 12.10.2026
Aktual
Separatizmin sonu ədalət məhkəməsidir - RƏY
15:21 12.10.2026
Aktual
Putin Ukraynada seçki günü atəşkəsə hazırdır
15:12 12.10.2026
Dünya
Babək rayonunda üçəm doğulub
14:54 12.10.2026
Cəmiyyət
Şakira Qırğızıstana 30 milyon dollar qazandıracaq
14:51 12.10.2026
Mədəniyyət
Avropa İttifaqı Rusiyaya qarşı 1600 yeni sanksiya tətbiq edəcək
14:37 12.10.2026
Dünya
Lavrov: Zelenski atəşkəsə layiq deyil
14:31 12.10.2026
Dünya
“Şiddət heç vaxt çıxış yolu deyil” - EKSPERT
14:10 12.10.2026
Cəmiyyət
ATƏT sədri Gürcüstana səfər edəcək
13:56 12.10.2026
Dünya
Rusiyada azərbaycanlıların olduğu gəmi VURULDU
13:30 12.10.2026
Hadisə
“Bu, təhsilin inkişafına xidmət edir” - Misir Mərdanov
13:20 12.10.2026
Elm və Təhsil
Ətin qiyməti ilə bağlı RƏSMİ AÇIQLAMA
13:02 12.10.2026
İqtisadiyyat
Azərbaycanın və Kambocanın birinci xanımları görüşüblər
12:54 12.10.2026
Gündəm