Qazaxıstan müdafiə naziri Aydos Mırzaxmetov ABŞ-nin Astanadakı səfiri Culi Stafft ilə ikitərəfli hərbi əməkdaşlıq məsələlərini müzakirə etmək üçün görüşüb.
Teleqraf xəbər verir ki, bu barədə Qazaxıstan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Tərəflər müdafiə sektorunda ikitərəfli əməkdaşlığın hazırkı vəziyyətini müzakirə ediblər.
Görüşə ABŞ səfirliyinin müdafiə attaşesi polkovnik Kristofer De Steffino da qatılıb.