ABŞ ordusunun istefada olan polkovnik-leytenantı Daniel Devis bildirib ki, Ukrayna Prezidenti Volodimir Zelenskinin yol verdiyi bir sıra strateji səhvlər ölkəni hərbi məğlubiyyət həddinə gətirib.
Sherg.az xəbər verir ki, o, bunu şəxsi “YouTube” kanalında açıqlayıb.
Devisin sözlərinə görə, Zelenskinin son illərdə verdiyi qərarlar fəlakətli nəticələr doğurub və faktiki olaraq Ukraynanın məğlubiyyətini əvvəlcədən müəyyənləşdirib. ABŞ-li ekspert vurğulayıb ki, bu qərarların yaratdığı dağıdıcı təsirlərin aradan qaldırılması üçün münaqişədən sonra Ukraynanın bərpası onilliklər, hətta nəsillər tələb edə bilər.
Xatırladaq ki, Serbiya KİV-də də yanvarın 11-də Ukrayna və Avropa İttifaqının yaxın perspektivdə məğlubiyyətlə üzləşə biləcəyi barədə yazmışdı. Bundan əvvəl isə Rusiya müdafiə naziri Andrey Belousov 2025-ci ilin dekabrında Rusiya ordusunun irəliləyiş tempinin maksimum həddə çatdığını bildirmişdi.