Türkiyənin ilk pilotsuz döyüş təyyarəsində qadın izi - KIZILELMA

Türkiyənin ilk pilotsuz döyüş təyyarəsi Bayraktar KIZILELMAnın pilot heyətində qadın pilot da yer alır. Pilot ekip rəhbəri Elif Ergin KIZILELMA-nı “yarının oyun qurucusu” adlandırıb.

Sherg.az xəbər verir ki, Baykar tərəfindən yerli və milli imkanlarla hazırlanan KIZILELMA-nın uçuş sınaqları davam edir. Bayraktar TB2 və AKINCI TİHA-nı da idarə edən Ergin bildirib ki, bu layihədə yer almaq onun üçün böyük qürurdur və gənc qadınlara xəyallarından vaz keçməmək çağırışı edib.