Ukraynanın An-124 təyyarəsi İsraildən Amerika hərbi texnikasını daşıyıb

Ukraynanın An-124 ağır nəqliyyat təyyarəsi İsrailin Ben-Qurion hava limanına Amerika hərbi avadanlıqları daşıyıb.

Teleqraf xəbər verir ki, uçuş qeydlərinə görə, təyyarə İsrailə Birləşmiş Ərəb Əmirliklərindən gəlib. Oşkoş yük maşınları da daxil olmaqla hərbi texnika yükləndikdən sonra Gürcüstanda dayanaraq BƏƏ-yə qayıdıb.

Bu, ilk dəfə deyil ki, Ukraynanın An-124 təyyarəsi İsrailə uçuşlar üçün istifadə olunur. Oktyabrın əvvəlində təyyarə Ben-Qurion Beynəlxalq Hava Limanında görünüb. O zaman təyyarənin "Patriot" raket siateminin avadanlıqlarını daşıdığı qey olunmuşdu.