Zakir Həsənov Səudiyyə Ərəbistanının nümayəndə heyəti ilə görüşüb
Yusif Nəzərli
11:27 28.01.2025
Hərbi
412
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Səudiyyə Ərəbistanı Krallığı Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Faiyad bin Hamed Al Rovailinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Sherg.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Qeyd edilib ki, müdafiə naziri qonaqları salamlayaraq onları ölkəmizdə görməkdən məmnunluğunu ifadə edib.
Azərbaycan ilə Səudiyyə Ərəbistanı Krallığı arasında münasibətlərin dostluq və qardaşlıq üzərində qurulduğunu qeyd edən nazir ölkə rəhbərliyi tərəfindən bu əlaqələrin inkişaf etdirilməsinə xüsusi önəm verildiyini və daima diqqət mərkəzində saxlanıldığını bildirib.
General Faiyad bin Hamed Al Rovaili ölkəmizə səfərindən məmnun olduğunu qeyd edərək göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirib. Qonaq bu cür səfərlərin hərbi əlaqələrimizin genişlənməsində müstəsna rolu olduğunu vurğulayıb.
Görüş zamanı, həmçinin hərbi, hərbi-texniki, hərbi təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib, regional təhlükəsizlik məsələlərinə dair ətraflı fikir mübadiləsi aparılıb.
Baş Qərargahda təşkil edilən rəsmi qarşılanma mərasimində fəxri qarovul dəstəsinin önündən keçiddən sonra hər iki ölkənin Dövlət himnləri səsləndirilib və protokola uyğun olaraq “Şərəf kitabı” imzalanıb.
Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Səudiyyə Ərəbistanı Krallığının nümayəndə heyəti ilə görüşüb.
Baş Qərargahda keçirilən görüşdə tərəflər, qarşılıqlı inam, etimad və dəstəyə əsaslanan əməkdaşlığımızın daha da inkişaf edəcəyini əminliklə vurğulayıb və ölkələrimiz arasında təcrübə mübadiləsinin əhəmiyyətini xüsusi qeyd ediblər.
Görüşdə hərbi əməkdaşlığın daha da genişləndirilməsi, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında müzakirələr aparılıb.
Görüşdən sonra qonaqlara Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə ordumuzda aparılan islahatlar və tətbiq edilən yeniliklər, Azərbaycan Ordusunun şanlı Qələbəsi ilə nəticələnən Vətən müharibəsi və digər uğurlu əməliyyatlar barədə brifinq təqdim edilib.
Səudiyyə Ərəbistanı Krallığı Silahlı Qüvvələrinin nümayəndə heyətinə, həmçinin idarəetmə məntəqələri ilə bağlı ətraflı məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Baş nazir: Ermənistan bundan sonra diaspordan yardım istəməyəcək
17:52 24.08.2026
Region
Tramp: İran tamamilə çökür
17:47 24.08.2026
Dünya
Dəmir ehtiyatları belə azalır: Yumurtanın yanında çay içməyin!
16:40 24.08.2026
Sağlamlıq
Livandan qovulan İran səfiri ölkədən çıxmaq istəmir
16:03 24.08.2026
Dünya
Azad edilmiş ərazilərdə daha 139 mina, 522 PHS aşkarlanıb
15:17 24.08.2026
Aktual
Peskov Paşinyana cavab verib
15:04 24.08.2026
Gündəm
Rusiya Gürcüstan üzərindən Ermənistana daşımaları dayandıra bilər
14:48 24.08.2026
Gündəm
Günə 77 qəpiyə “Nar”dan smartfon!
14:41 24.08.2026
Cəmiyyət
Xatəmi: İran Amerika ilə istənilən ssenari üzrə döyüşə hazırdır
14:03 24.08.2026
Dünya
Pakistan ordusunun feldmarşalı Trampa zəng etdi
13:24 24.08.2026
Gündəm