Zakir Həsənov türkiyəli şəhid ailələri ilə görüşüb
Yusif Nəzərli
10:56 02.08.2025
Hərbi
311
Bu gün Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov və müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev "YAŞAT" Fondunun dəvəti ilə ölkəmizdə səfərdə olan türkiyəli şəhid ailələrinin üzvləri ilə görüşüb.
Bu barədə Sherg.az-a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.
Qeyd edilir ki, qonaqları salamlayan nazir onları Azərbaycanda görməkdən məmnun olduğunu bildirib. Azərbaycan və Türkiyə şəhidlərinin xatirəsinin hər zaman uca tutulduğunu qeyd edən nazir hər iki ölkə başçısının müvafiq göstərişlərinə əsasən, şəhid ailələrinə xüsusi həssaslıqla yanaşıldığını, onların daim diqqət və qayğı ilə əhatə olunduğunu vurğulayıb.
Görüş zamanı qarşılıqlı ziyarətlərin təşkilinin ölkələrimiz arasında mövcud tarixi dostluğun, əməkdaşlığın daha da inkişaf etdirilməsi və əlaqələrin möhkəmləndirilməsinə xidmət etdiyi qeyd olunub.
Qardaş ölkənin nümayəndələri səmimi qəbula və göstərilən qonaqpərvərliyə görə müdafiə nazirinə minnətdarlıqlarını ifadə ediblər.
Xatırladaq ki, qonaqlar səfər çərçivəsində ölkəmizin qədim və müasir memarlığın ahəngini özündə birləşdirən tarixi və mədəni abidələrlə zəngin məkanlarını ziyarət edir, Azərbaycanın şanlı tarixi və zəngin mədəniyyəti ilə yaxından tanış olurlar.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Messi İspaniyanın nüfuzlu mükafatını qazandı
20:30 03.06.2026
Futbol
Küveyt iki İran diplomatını "arzuolunmaz şəxs" elan etdi
19:59 03.06.2026
Region
Nəsimi rayonunda kafedən oğurluq edənlər saxlanılıb
19:28 03.06.2026
Hadisə
Ərdoğan: “Qəhrəman elan etdikləri bu gün xain oldu”
19:17 03.06.2026
Gündəm
Cəlilabad sakini dayısı arvadını qətlə yetirdi
18:35 03.06.2026
Hadisə
Qadınların hesablarından pul oğurlanır - AMB
18:11 03.06.2026
İqtisadiyyat
Cill Bayden: “Co Baydenə qarşı ittihamlar bizi sarsıtdı”
16:54 03.06.2026
Dünya
Roma Papası Prezident İlham Əliyevi təbrik edib
16:45 03.06.2026
Gündəm
Baş nazirdən əlilliyi olan uşaqlarla bağlı qərar
16:23 03.06.2026
Sosial
Saakaşvilidən ermənilərə çağırış: Seçkilərdə ona səs verin!
16:09 03.06.2026
Gündəm
Rusiyadan Ermənistana xəbərdarlıq: Uçuruma gedirsiniz
15:41 03.06.2026
Gündəm
Bakıda “Changan” yanıb
15:38 03.06.2026
Hadisə