PSJ Leven Kurzava ilə anlaşıb


"Arsenal" PSJ-nin müdafiəçisi Leven Kurzava ilə anlaşıb.

Fanat.Az "France Football"a istinadən xəbər verir ki, tərəflər arasında 5 illik müqavilə imzalanacaq. Kurzavanın müqaviləsi 2020-ci ilin yayında başa çatacağından, o, azad agent kimi "Arsenal"a keçəcək.

Fransız futbolçu 2015-ci ildə 25 milyon avro qarşılığında "Monako"nu PSJ-yə dəyişmişdi. Kurzava cari mövsümdə Liqa 1-də 14 matçda meydana çıxıb.

27 yaşlı oyunçunun adı daha əvvəl "Barselona" və "Yuventus"la birlikdə hallanırdı.