Fransanın "Pari Sen-Jermen" (PSJ) futbol klubu braziliyalı hücumçu Neymara yeni beşillik müqavilə təklif edəcək.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə öz "Tvitter" səhifəsində "La Gazzetta dello Sport"un jurnalisti Nikolo Skira bildirib.
Onun sözlərinə görə, yeni müqaviləyə əsasən 28 yaşlı hücumçu ildə 38 milyon avro maaş alacaq.
N.Skira bildirir ki, İspaniyanın "Barselona" klubu Neymarı komandaya qaytarmaq niyyətindədir, lakin "Catalunya Radio" qeyd edir ki, pandemiyaya görə yaşanan maliyə böhranı səbəbilə Neymar yay transfer pəncərəsində "Barselona"ya keçə bilməyəcək.