Madridin "Real" futbol klubu London təmsilçisi "Tottenhem"in hücumçusu Harri Keyni almaq fikrindən dönüb.
Trend-in məlumatına görə, daha əvvəl London klubu koronavirus pandemiyası ilə əlaqəli maliyyə problemləri səbəbindən liderini 200 milyon funt sterlinqə (225 milyon avro) satmağa hazır olduğu bildirib.
Lakin "Real" klubu da öz növbəsində pandemiyanın nəticələrinə görə ciddi problemlərlə üzləşib və bahalı transferlərdən imtina etmək niyyətindədir.
Xatırladaq ki, H.Keyn 2011-ci ildən "Tottenhem"in oyunçusudur. Klubun futbolçusu kimi iki dəfə İngiltərə çempionatının ən yaxşı bombardiri olub və keçən mövsümdə komandası ilə Çempionlar Liqasının finalına yüksəlib. Keyn İngiltərə yığmasında 45 oyun keçirib və 35 qol vurub.