Dünyanın əksər ölkəsində futbol çempionatının dayandığı vaxtda Türkmənistanda yerli liqa bərpa olunub.
Qol.az xəbər verir ki, 3-cü turdan sonra dayandırılan çempionat bu gün yenidən başlayıb.
Günün yeganə matçında “Altun Asur” öz meydanında “Kopetdağ”la qarşılaşıb. Görüş 1:1 hesablı bərabərliklə başa çatıb.
Bu nəticədən sonra “Kopetdağ” 8 xalla turnir cədvəlinə başçılıq edir. “Ahal” 6 xalla 2-ci, “Altun Asur” 5 xalla 3-cüdür.
Qeyd edək ki, Türkmənistanda yeni mövsüm 6 martda başlayıb. Koronavirus pandemiyasına görə isə martın 24-də, 3-cü turdan sonra oyunlar dayandırılıb.