"Barsa" Braziliya millisinin forvardını 125 milyona satacaq


"Barselona” icarə əsasında "Bavariya”da top qovan Filippe Koutinyunu bu yay satmaq istəyir.

Fanat.Az Britaniya mətbuatına istinadən xəbər verir ki, Kataloniya klubu onu İngiltərə təmsilçilərinin birinə satmaqda qərarlıdı.

Əvvəla, oyunçunun özünün İPL-də çıxış etmək variantına isti yanaşması faktdı. Filippe Premyer Liqanın iddialı komandalarından birində tər tökməyə hazır olduğunu bir neçə dəfə dilə gətirib. Digər tərəfdən, onun transferi üçün böyük məbləğdə pulu da məhz İngiltərə klubları ödəyə bilər. 

Koutinyunu 125 milyon avroya satmağı planlaşdıran "Barsa” bu pulu PSJ-dən Neymarın, "İnter”dən Lautaro Martinesin transfer edilməsinə xərcləmək niyyətindədi.