Erik Abidal "Barselona"dan "Lion"a gedir


"Barselona"nın daha bir rəsmisi vəzifəsində ayrıla bilər.

Apasport.az saytının məlumatına görə, söhbət idman direktoru Erik Abidaldan gedir.

Fransalı mütəxəssis özü istefa verib, Fransada çalışa bilər. Çünki "Lion" klubu sabiq müdafiəçiyə eyni vəzifəni təklif edib. Kataloniya klubunun kapitanı Lionel Messi ilə bu yaxınlarda yaranmış münaqişə Abidalı bu addımı atmağa vadar edə bilər. Digər səbəb odur ki, "Barselona"da gələn il prezident seçkiləri keçiriləcək və yeni rəhbər öz heyətini formalaşdıracaq.

Qeyd edək ki, Erik Abidal 2004-2007-ci illərdə "Lion"da, 2007-2013-cü illərdə isə "Barselona"da oynayıb.