Azərbaycanda daha dörd yarışın təxirə salınma müddəti uzadıldı

Azərbaycanda futzal üzrə keçirilən bütün yarışların təxirə salınması müddəti uzadılıb.
Oxu.Az xəbər verir ki, Nazirlər Kabinetinin 2020-ci il 18 aprel tarixli qərarına əsasən, “Sanitariya-epidemioloji salamatlıq haqqında”  qanununun 25-ci maddəsinə uyğun olaraq, ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimi 2020-ci il 4 may saat 00:00-dək uzadılıb. 

Bunu nəzərə alan Azərbaycan Futzal Federasiyası Yüksək, I və II liqaların, eləcə də ölkə Kubokunun oyunlarının təxirə salınması müddətini mayin 4-dək uzadıb.

Qeyd edək ki, dünən AFFA aşağı yaş qrupları üzrə bütün yarışların və qızlar arasında çempionatın təxirə salınma müddətinin mayın 4-dək uzadıldığını açıqlamışdı.